Dırnaq boyasını uzun müddət saxlamağın yolları

Dırnaq boyasını uzun müddət saxlamağın yollarıBaxımlı və gözəl dırnaqlar hər bir xanıma yaraşıq verir. Lakin gözəl və səliqəli dırnaqların ərsəyə gəlməsi üçün çox müddət və əziyyətin tələb olunduğu da sirr deyil. Buna görə də qadınları maraqlandıran məqamlardan biri də dırnaqlardakı boyanın mümkün qədər uzun müddət zədələnmədən saxlanlımasıdır. Müasir zamanda gözəllik salonlarında şellak və gellak vasitəsilə çəkilən dırnaq boyaları 1 həftədən 1 aya qədər qalır. Amma bu çox vaxt aparan və bahalı bir prosedur olduğu üçün qadınların heç də hamısı bu prosedura üstünlük vermirlər.
Dırnaq boyasını uzun müddət saxlamağın yolları:
1. Dırnaqları boyamaq üçün hazırlayın
Dırnaqlar tam quru olmalıdırlar. Onlar azacıq belə nəm olsalar boya yaxşı qurumayacaq. Dırnağın üst səthi də düz və təmiz olmalıdır. Yaxşı olar ki, dırnaqlarınıza boya çəkməzdən əvvəl əllərinizi sabunlayıb yuyaraq onları yağdan təmizləyəsiniz.
2. Boya təbəqəsini düzgün çəkin
Bu prosedur 4 mərhələdən ibarətdir. Birinci mərhələdə dırnaqlara baza səthi çəkilir. Bu vasitə xüsusi olaraq dırnaq boyasının altından çəkilərək onu qorumaqla yanaşı həm də dırnaqlarda uzun müddət qalmasına kömək edir. Bazanı çəkdikdən sonra onun tamamilə qorumasını gözləyin. Daha sonra boyanın birinci qatını dırnağa çəkin.Yaxşı olar ki, dırnaqlarınızı çeçələ barmağınızdan boyamağa başlayasınız. Fırçanı isə dırnağa 3 hərəkətlə çəkmək lazımdır: əvvəlcə dırnağın ortasına daha sonra isə kənarlarına boya çəkin. Bu qatı da yaxşıca qurutmaq tələb olunur. Üçüncü mərhələdə isə dırnaqlar boyanın ikinci qatını şəkin. Bu rəngin daha dolğun görünməsinə və boyanın bərabər yayılmasına səbəb olacaq. Boyanın 2-ci qatı quruduqdan sonra dırnaqlara yenidən şəffaf qoruyucu təbəqə çəkin. Bu boyanı fiksə edərək onun tez qopmasının qarşını alacaqdır.
3. Boyanı düzgün istifadə edin
Açmazdan əvvəl boya qabını çalxalamayın. Belə olduqda onun içərisində qabarçıqlar yaranır ki, bu da boyanın dırnaqlara yaxşı yapışmasını əngəlləyir. Yaxşı olardı ki istifadədən əvvəl boya qabını ovuclarınızda qızdarasınız.
4. Boyanı necə qurutmalı?
Əgər boyanın tez qurumasını istəyirsinizsə, o zaman saç fenindən qətiyyən istifadə etməyin. Bu zaman boya qızır və nəticədə dırnaqdan tez qopur. Boyanı qurutmağın bir neçə üsulu var. Bunlardan ən effektlisi boyanmış dırnaqlarınızı 30 saniyə müddətində soyuq suyun altında saxlamaqdır. Amma ən yaxşısı onları üfürərək qurutmaq və ya özbaşına qurumasını gözləməkdir.
5. Əllərinizə daimi qulluq edin
Yaxşı olar ki, ev işləri gördükdə, əsasən də kimyəvi vasitələrlə işlədikdə əlcəkdən istifadə edəsiniz. Dırnaqlarınızı gəmirməyin, onları həmişə təmiz saxlayın. Gecə yatmazdan əvvəl əllərinizi vanna edin, krem çəkin.

Tarix: 17 iyun 2021

Xəbərlər

GA-DE brendinin dodaq boyası

Qalıcı maye dodaq boyası məxməri-zərif mat teksturaya malikdir. Onun dodaqları yüngül nəmləndirən, onlara möhtəşəm parlaq çalar bəxş edən və iz qoymayan xüsusiyyətləri var. Boyanın formulu tərkibində mumlar olmayan gel texnologiy

Hansı rəng boyalar dodaqları daha böyük göstərər?

Dodaq boyasını düzgün və qüsursuz sürtməyin ən yaxşı yolu nədir? Dodaq boyası çəkərkən azca gülümsəyərək, dodaqlarınızı gərin və qətiyyən büzməyin. Solğun cildlilər şaftalı, çəhrayı və hətta soyuq bejləri, tünd dərililə

Tonal kremin dəriyə düzgün tətbiq edilməsi

Ən çox istifadə olunan və sevilən variantlardan biri fırçanın köməyilə və yüngül hərəkətlərlə tonal kremi dəriyə tətbiq etməkdir. Bir digər sevilən variant isə makiyaj süngəri vasitəsilə tətbiqdir. Bu vasitələr həm tona

Tonal krem nəyə əsasən seçilməlidir?

Bu sualın bir çox cavabı var, lakin doğru tonal krem seçmənin ən yaxşı yolu yoxlamaqdır. Bir neçə gün istifadə etdikdən sonra sizə uyğun olub-olmadığını anlaya bilərsiniz. Digər bir üsul isə dərinizin tipi və nəyə ehtiyac

Sadə makiyaj tövsiyələri

Hər şeydən əvvəl təmizlənmiş və nəmlənmiş dərinizə BB kremi və ya nazik bir tonal krem çəkin. Ancaq bunu edərkən bütün dərinizi krem və ya tonal kremlə örtməyin. Dərinizin təbii vəziyyəti görünməlidir. Məsələn, burnunuza

Evdə saç boyası hazırlamaq

Kimyəvi tərkibli saç boyaları saçlarımızın qırılmasına və zədələnməsinə səbəb olur. Çox boyanmış saçlar daha çox tökülür, saçların ucları qırılır və kimyəvi maddələr səbəbindən saçın quruluşu pozulduğundan saç təbii formasın

Makiyaj seçimi dodaqların görünüşünə təsir edir

Dolğun və cəlbedici dodaqlara sahib olmaq bir çox xanımın arzusudur. Hazırda bunu müasir cərrahi yollarla, botoks və dolğu vasitəsi ilə əldə etmək çox asandır. Əgər siz bu üsullardan istifadə etmədən, təbii yollarla dah

Qüsursuz tonal krem üçün süngərdən istifadə qaydası

Gözəllik qarışdırıcıları, yəni makiyaj süngərləri, göz altı örtük, tonal krem, hətta krem rəngli ənlikləri zolaqlar qoymadan tətbiq etməyin ən asan yoludur. Bu süngərlərin necə istifadə ediləcəyinə tam əmin deyilsinizsə

Yağlı dərilər üçün maskalar

Yağlı dəriyə qulluq edilməsində əsas məqsəd onu təmiz saxlamaq və məsamələrini daraltmaqdan ibarətdir. Sizə təklif edəcəyimiz maskalar təmizləyici, qidalandırıcı və ağardıcı effeklərə malikdirlər. - Dərini bir qədər qurutma