Yatmazdan əvvəl gözəllik baxım

Yatmazdan əvvəl gözəllik baxımSaçlarınıza Diqqət edin!

Yatmazdan əvvəl saçlarınızı taxta bir daraq ilə darayın. Saçlarınızı darasanız, başınızdakı qan dövranını sürətləndirər və saçınızı masaj etmiş olarsınız. Çünki saç köklərinin qan dövranının sürətlənməsinə ehtiyacı vardır.

Gecə saçlarınızı atquyruğu etməyin və ya möhkəm-möhkəm yığıb hörməyin. Çünki möhkəm yığılan saçın saç kökləri zəifləyər və saç asan tökülər. Bundan əlavə bir neçə damla yağı ovucunuza yayaraq saç uclarınıza az miqdarda toxundura bilər və yata bilərsiniz.
Dərinin təmizliyi və nəmləndirilməsi şərtdir!

Dərisini sevən bir qadının özünə edəcəyi ən böyük yaxşılıq yatmazdan əvvəl dərisinə baxım etməkdir. İlk şərt yatmazdan əvvəl dərisini təmizləmək və su əsaslı bir nəmləndirici ilə nəmləndirməkdir. Çünki yuxu halında dəri özünü yeniləyər və əgər makiyajlı bir şəkildə yatdınızsa, dəri bu əməliyyatı edə bilməz və tez yaşlanar. Dərinizi təmizləyərkən də sabun istifadə etməyin. Sabun istifadə etdiyiniz təqdirdə dəriniz quruyar və dərinin ph tarazlığını salar.

Nəmləndirici seçimi də təmizlik qədər əhəmiyyətlidir. Əgər dəriniz yağlıdırsa, bu zaman su əsaslı nəmləndirici istifadə etməlisiniz.

Göz ətrafı üzdəki ən həssas yerdir və daha çox nəmə ehtiyacı vardır. Bu səbəblə yatmazdan əvvəl göz kremi istifadə etməlisiniz. Göz ətrafında ən təsirli nəmləndirici isə soyuq pres üsuluyla çıxarılmış ərik tumu yağıdır.
Qaş və kirpik baxımı!

Qaş və kirpiklərin ən yaxın yoldaşı vazelindir. Yatmadan əvvəl vazelini qaş və kirpik diblərinizə bir qulaq təmizləmə çöpü ilə sürtə bilərsiniz. Beləcə zamanla daha gur, möhkəm qaş və kirpiklərə qovuşarsınız.

Diş təmizliyinə diqqət edin!

Yatmazdan əvvəl həm alınan nəfəsin keyfiyyətini artırmaq, həm də diş sağlamlığımızı itirməmək üçün dişimizi və dilimizi mütləq fırçalayın. Üzümüz və bədənimiz qədər ağız təmizliyinə də əhəmiyyət verməliyik.

/qadin.net

Tarix: 29 iyun 2019

Xəbərlər

Tonal krem seçərkən nələrə diqqət etməliyik?

Kosmetika əsas hissəsini təşkil edən tonal kremlər, hər nə qədər dərinin nəfəs almasını çətinləşdirsə də dəri rəngində bərabərlik təmin edən və qüsurları bağlayan yeganə məhsuldur. Tonal Krem alarkən diqqət etməyiniz lazı

Yağlı saçlara qulluq edilməsi

Saçlar nə üçün yağlı olur? Əslində saçlar deyil, başın dərisi yağlı olur. Bu isə tük follikulları ilə yanaşı yerləşən piy vəziləri tərəfindən piyin artıq dərəcədə ifraz olunması nəticəsində baş verir. Saçlar bu piyi özlərin

Quru dəriyə qulluq

Cavan qadınlarda quru dəri zərif, elastik və yaxşı dartılmış şəkildə olur. Dəridəki məsamələr bağlı olaraq nəzərə çarpmır, səthində praktiki olaraq sızanaq və civzələrə rast gəlinmir. Yağlı dərisi olanlar onları "bəxtəvər!"

Gur qaşlara sahib olmaq üçün 5 metod

Üzdəki gözəlliyin bir hissəsini qaşlarımıza borcluyuq, ona görə də onlara da diqqət etmək və qayğı göstərmək gərəklidir. Qaşlarınızın daha parlaq və gur olmasını istəyirsinizsə aşağıdakı metodlardan istifadə edə bilərsiniz

Saçı həftədə neçə dəfə yumaq olar?

Saçı həftədə neçə dəfə yumaq olar?. ABŞ-ın bir neçə gözəllik salonunun işçiləri saçı nə qədər müddətdən bir yumaq lazım olduğunu açıqlayıb. Bu barədə "The Sun" yazır. Nyu-Yorkun eyniadlı salonunun yaradıcısı saç

Qaşların formasının seçilməsi - FOTO

Dekorativ makiyaja başlamazdan əvvəl qaşların vəziyyətinə diqqət yetirmək lazımdır. Qadın cazibədarlığı qaşların rəng və formasından çox asılıdır. Yaxşı forma üzü cazibədar göstərir və vizual olaraq cavanlaşdırır. Buna gör

Seyrək qaşlardan xilas olmağın 6 yolu

Qaşlar üzdəki gözəlliyi üzə çıxaran, sifətin ən önəmli hissəsidir. İncə qaş dəbi ilə ayaqlaşmaq nə qədər asandırsa, son zamanların dəbi olan qalın qaşla ayaqlaşmaq bir o qədər çətindir. Qaşı seyrək olan xanımlar qalınlaşdırma

Dodaq boyası seçimində nələrə diqqət yetirməli?!

Dodaq nə qədər sağlam və hamar olsa da XXI əsrin qadınları onu boyasız təsəvvür edə bilmirlər. Bəs boya alarkən nəyə diqqət yetirmək lazımdır ki, dodaq həm gözəl görünsün, həm də zədələnməsin?. İlk olaraq boyanın tərkibin

Düzgün makiyaj etməyin 10 qızıl qaydası

Makiyaj zamanı istifadə edə biləcəyiniz önəmli məlumatları təqdim edirik:. Bunları bilsəniz güzəlliyinizi birə beş artıracaqsınız!. 1. Layner çəkərkən quyruğa şəkil verməkdə çətinlik çəkirsinizmi? Bir də kredit kartının köməyil