Seyrək qaşlardan xilas olmağın 6 yolu
Qaşlar üzdəki gözəlliyi üzə çıxaran, sifətin ən önəmli hissəsidir. İncə qaş dəbi ilə ayaqlaşmaq nə qədər asandırsa, son zamanların dəbi olan qalın qaşla ayaqlaşmaq bir o qədər çətindir. Qaşı seyrək olan xanımlar qalınlaşdırmaq istəsə də, bu, onlarda çox zaman müvəffəqiyyətli alınmır.
Axar.az qaşları təbii üsullarla qalınlaşdırmağın sirlərini təqdim edir:
Metod 1 – Vazelin
Bitmiş tuşun fırçasından istifadə edərək vazelini qaşa çəksəniz, uğurlu nəticə əldə edə bilərsiniz. Bu metodun istifadəsindən 1 həftə sonra dəyişikliyin fərqinə varacaqsınız. Vazelin ən təsirli, ən təmiz və ən asan üsullardan biridir.
Metod 2 – Sarımsaq
Sarımsaq tük köklərini sağlamlaşdırmaq və tük artırmaqda ən effektiv üsullardandır. Qaşlarınıza bir diş döyülmüş sarımsaq tətbiq edərək həm sağlamlaşdıra, həm də qalınlaşdıra bilərsiniz.
Metod 3 – Hind qozu yağı
Hind qozu yağından istifadə edərək qaşlarınız üçün müsbət nəticələr əldə edə bilmək üçün bu yağdan gündə bir dəfə qaşa tətbiq etməyiniz kifayət edir.
Metod 4 – Arqan yağı
Saça qulluq zamanı istifadə edilən arqan yağı qaşlar üçün də faydalıdır. Arqan yağı qaşların qalınlaşması və sağlam olmasına kömək edir.
Metod 5 – Aloe vera
Günəş yanıqlarına, ləkələrə qarşı müalicəvi əhəmiyyəti olan aloe veranı qaşlara tətbiq edəndə də eyni nəticəni göstərir. Aloe vera qaşlarınızın sağlamlığını artıracaq.
Metod 6 – Soğan
Soğanı sarımsaq kimi ya döyərək, ya da kəsib qaşa tətbiq edərək istifadə etmək olar. Bu prosedura gündə bir dəfə tətbiq etmək kifayət edəcək.
Tonal krem seçərkən nələrə diqqət etməliyik?
Kosmetika əsas hissəsini təşkil edən tonal kremlər, hər nə qədər dərinin nəfəs almasını çətinləşdirsə də dəri rəngində bərabərlik təmin edən və qüsurları bağlayan yeganə məhsuldur. Tonal Krem alarkən diqqət etməyiniz lazı
Dodaq boyası seçimində nələrə diqqət yetirməli?!
Dodaq nə qədər sağlam və hamar olsa da XXI əsrin qadınları onu boyasız təsəvvür edə bilmirlər. Bəs boya alarkən nəyə diqqət yetirmək lazımdır ki, dodaq həm gözəl görünsün, həm də zədələnməsin?. İlk olaraq boyanın tərkibin
Düzgün makiyaj etməyin 10 qızıl qaydası
Makiyaj zamanı istifadə edə biləcəyiniz önəmli məlumatları təqdim edirik:. Bunları bilsəniz güzəlliyinizi birə beş artıracaqsınız!. 1. Layner çəkərkən quyruğa şəkil verməkdə çətinlik çəkirsinizmi? Bir də kredit kartının köməyil
Cazibədar görünməyin sirlərini bilməyənlər OXUSUN...
Sizin üçün vacib olan bir kişi ilə görüşə haqzırlaşırsınız. Ona yaxşı təsir etməyin yollarını bilirsinizmi?. Bunun üçün ona nələrin təsir etdiyini və nələrdən xoşu gəldiyini öyrənməlisiniz. Danışıq tərziniz, geyiminiz v
Az pulla çox gözəl görünməyin sirləri
Gözəl və baxımlı görünmək üçün sərvət xərcləmədən də gözəl görünə bilərsiniz. Dırnaq boyalarınız çox tez quruyur və istifadə edilməsi mümkünsüz hala gəlirsə, ona bir az aseton əlavə edib dırnaqlarınıza əvvəlki kimi çəkin
Qadınlar üçün cavanlaşdırıcı - Maskalar
Vitaminli cavanlaşdırıcı maska. Xiyarı xırda gözlü rəndədən keçirin və bir xörək qaşığı xiyar püresinə bir xörək qaşığı yaxşı yetişmiş və əzilmiş qarağat əlavə edin. Qarışdırın və üzərinə bir xörək qaşığı xama əlavə edin
Xanımların diqqətiinə: gözləri böyük göstərən makiyaj
Əgər göz ətrafında qara kölgələr və ya göz torbaları varsa ilk öncə korrektor vasitəsilə həmin nahiyəni eyni tonlu bir vəziyyətə gətirdikdən sonra makiyajınıza başlayın. Göz makiyajına işıqlıq verən bir kölgə ilə başlayın
Gözəl görünmək istəyənlərə 12 məsləhət
Gözəl görünmək istəyənlərə 12 məsləhət . Duz da ölü dəridən azad olmağa kömək edir. Yayda dəriyə qulluq. Yayda insanın dərisi daha çox yad təsirlərə məruz qalır və təbii ki, bu təsirlər fəsadsız ötüşmür. Bunun üçün də cild