Az pulla çox gözəl görünməyin sirləri

Az pulla çox gözəl görünməyin sirləriGözəl və baxımlı görünmək üçün sərvət xərcləmədən də gözəl görünə bilərsiniz.

Dırnaq boyalarınız çox tez quruyur və istifadə edilməsi mümkünsüz hala gəlirsə, ona bir az aseton əlavə edib dırnaqlarınıza əvvəlki kimi çəkin.

Həm göz, həm də qaş qələmi alaraq bədxərclik etməyə gərək yoxdur. Gözün üçün qələmi qaşın rəngi ilə uyğunlaşdırıb hər ikisində istifadə edə bilərsiniz.

Baş bəlası sızanaq və qara nöqtələri yox etmək üçün bahalı kremlərə və müalicələrə ehtiyacınız olduğunu düşnürsünüzsə, yanılırsınız. Çünki bəzən bahalı dərmanların faydası olmur. Sağlam qidalanın və bitkilərlə təbii şəkildə maska hazırlayıb dərinizə çəkin. Yaxud da bahalı kremlərin tərkibində olan maddələri ayrılıqda ala bilərsiniz. Bu daha ucuz başa gələr.
Köhnə dodaq boyalarını qətiyyən atmayın. Çünki onları yeni birini əldə etmək üçün saxlamaq lazımdır. Qabda qalan dodaq boyasını fırça ilə təmizləyib vazelinlə qarışdırıb parlaq bir dodaq boyası əldə etmiş ola bilərsiniz.

Tuşunuzu qurutdunuzmu? Gedib təzəsini almaq yerinə ağzını sıx bağlayın və qaynar suyun içində bir neçə dəqiqə saxlayın. Bu üsul tuşun içinin yumşalmasına və ondan bir müddət faydalanmağınıza kömək edəcək.

Sevərək çəkdiyiniz ənliyiniz bitibmi? Pulunuz yoxdursa, bir müddət çəhrayı və ya şaftalı tonlarında dodaq boyasından istifadə edin. Ehtiyacınız olduğu zaman yanaqlarınıza xəfif çəkin və gözəl yayın. İnanın bunu heç kim bilməyəcək.

Dırnaq və dodaq boyalarınız tez xarab olursa, ananızdan sizin üçün soyuducuda bir yer ayırmasını xahiş edin. Onları bir müddət orada saxlayın.

Manikür və pedikürünüzü gözəllik salonunda etməkdənsə, evdə özünüz cəhd edin. İlk mərhələdə çətin olsa da, sonra zövq alacaqsınız.

Dodaqlarınızın gözəl olması üçün hər gün istifadə etdiyiniz parladıcılar bitibmi? Hər ay yenisi almaq yerinə evdə özünüz hazırlayın. Bunun üçün 6 xörək qaşığı rəndələnmiş balmumu, 6 xörək qaşığı susam yağı və 2 çay qaşığı balı bir qabın içinə boşaldın və qarışdırın. Daha böyük bir qabın içinə isti su qoyaraq bayaqkı qabı onun içinə yerləşdirin və bütün ərzaqların əriməsini gözləyin. Yumşalıb məcun halına gəldikdən sonra qabı alın. Soyuyub qatılaşmasını gözləyin və qaşıqla qarışdırın. Bu məhlulu köhnə və bitmiş krem qabına töküb saxlaya bilərsiniz.

Gözəllik qurban tələb edir. Lakin bunun üçün çoxlu pullar xərcləmək deyil, zəhmət də tələb olunur. Əziz xanımlar, gözəlliyinizi qoruyun ki, sizə baxan hər kəs heyran olsun.

/kayzen.az

Tarix: 29 iyun 2019

Xəbərlər

Tonal krem seçərkən nələrə diqqət etməliyik?

Kosmetika əsas hissəsini təşkil edən tonal kremlər, hər nə qədər dərinin nəfəs almasını çətinləşdirsə də dəri rəngində bərabərlik təmin edən və qüsurları bağlayan yeganə məhsuldur. Tonal Krem alarkən diqqət etməyiniz lazı

Qadınlar üçün cavanlaşdırıcı - Maskalar

Vitaminli cavanlaşdırıcı maska. Xiyarı xırda gözlü rəndədən keçirin və bir xörək qaşığı xiyar püresinə bir xörək qaşığı yaxşı yetişmiş və əzilmiş qarağat əlavə edin. Qarışdırın və üzərinə bir xörək qaşığı xama əlavə edin

Xanımların diqqətiinə: gözləri böyük göstərən makiyaj

Əgər göz ətrafında qara kölgələr və ya göz torbaları varsa ilk öncə korrektor vasitəsilə həmin nahiyəni eyni tonlu bir vəziyyətə gətirdikdən sonra makiyajınıza başlayın. Göz makiyajına işıqlıq verən bir kölgə ilə başlayın

Türkiyəli məşhurların vizajisti gözəllik sirlərini açıqladı - MÜSAHİBƏ

Türkiyəli məşhurların vizajisti gözəllik sirlərini açıqladı - MÜSAHİBƏ. Ajda Pekkan, Ebru Gündeş, Serenay Sarıkaya, Fahriye Evcen, Hazal Kaya, Aslı Enver, Hande Erçel kimi məşhurların vizajisti, "Sil makyajını"

Gözəl görünmək istəyənlərə 12 məsləhət

Gözəl görünmək istəyənlərə 12 məsləhət . Duz da ölü dəridən azad olmağa kömək edir. Yayda dəriyə qulluq. Yayda insanın dərisi daha çox yad təsirlərə məruz qalır və təbii ki, bu təsirlər fəsadsız ötüşmür. Bunun üçün də cild

Soyuq havalarda saç və üz dərisinə necə qulluq etməli?

Soyuq havalarda saç və üz dərisinə necə qulluq etməli?. Hər fəsil kimi qışda da saç və üz dərisinə qulluq etmək önəmlidir. Soyuq havalarda mənfi təsirlər daha çox ola bildiyi üçün bu havalarda diqqət daha çox olunmalıdır

Sızanaqları gizləyən ən təsirli makiyaj üsulları

Əvvəlcə etməniz lazım olan bir dermatoloğa müayinə olmaq. Dermatoloğunuz aknelerinizin müalicəsi üçün bir sıra dərmanlar və kremlər təklif edəcək. Yaxşı bir dermatolog sahib olduğunuz dəri tipinə görə gündəlik təkrarlana

Göz formasına görə makiyaj təklifləri

Kiçik formada olan gözlər üçün hər vaxt açıq rəngli bir göz makiyajı daha uyğun olacaq. Böyük gözlərdə isə gözün çox çıxıx bir görünüşə sahib olmaması üçün kiçik gözlərin makiyaj tətbiqinin tərsi etibarlı olacaq. Böyük gözlə

Hansı tonal krem sizə görədir?

Stick tonal krem: Bunlarda krem tonal kremlə bağlayıcı bir aradadır. Normal və quru dərilər üçün idealdır. Dərisini daha çox bağlamaq istəyənlər də seçim edə bilər. Qüsurları örtmək və ya qırmızı və birdən çox tona sahi