Soyuq havalarda saç və üz dərisinə necə qulluq etməli?

Soyuq havalarda saç və üz dərisinə necə qulluq etməli?Soyuq havalarda saç və üz dərisinə necə qulluq etməli?
Hər fəsil kimi qışda da saç və üz dərisinə qulluq etmək önəmlidir. Soyuq havalarda mənfi təsirlər daha çox ola bildiyi üçün bu havalarda diqqət daha çox olunmalıdır.
Kosmetoloq İlhamə Abbasova Oxu.Az-a qışda dəriyə necə qulluq etməli olduğumuzdan danışıb: 
"Soyuq havalar dəriyə mənfi təsir edir, dəri quruyub qabıq verir. Buna görə də qışda qidalandırıcı kremlərdən istifadə etmək, havaya çıxmazdan bir saat öncə krem çəkmək mütləqdir.
Dərini qurutduğu üçün toz pudradan istifadə etmək məsləhət deyil. Skrabları tez-tez istifadə etmək olmaz. Yağlı dəriyə sahib insanlar həftədə bir dəfə, quru dərililər iki həftədə bir dəfə istifadə edə bilərlər. Quru dərili xanımların üzlərini su ilə yox, xüsusi təmizləyici südlə təmizləmələri məsləhətdir. 
Soyuq havalarda saç və üz dərisinə necə qulluq etməli?Dodaqlara da qulluq lazımdır, balzam və ya yağlı dodaq boyası istifadə olunmalıdır. Əllərə qidalandırıcı krem vurmaq zəruridir". 
Kosmetoloq qışda saçlara qulluğun, papaq taxmağın önəmindən söz açıb:
"Soyuq havalarda saçlar daha çox baxıma ehtiyac duyur. Saçları və başı isti tutmaq, beret kimi qoruyuculardan istifadə etmək lazımdır. Ancaq bunlar çox möhkəm və qapalı olmamalıdır.
Əks halda saçlarınızın nəfəs alması çətinləşər və qan dövranınızda problemlər ortaya çıxa bilər. Saçlarınızı külək və soyuq havadan qoruyarkən oksigensiz buraxsanız, yenə tökülmə, zəifləmə kimi problemlərlə qarşılaşmalı olacaqsınız".
Soyuq havalarda saç və üz dərisinə necə qulluq etməli?Kosmetoloq saçları qaynar su ilə yumağın ziyanlı olduğunu bildirib:
"Soyuq havalarda bədən nə qədər istilik, isti su tələb etsə də, böyük istilik saçlarınızı köhnəldəcək, saç dərinizin qurumasına və saçlarınızın tökülməsinə səbəb olacaq. Onları ilıq su ilə yumaq məsləhətdir.
Saçları tez-tez yumaqdan da qaçmaq lazımdır. Həftədə 2-3 dəfə yumaq sağlam və baxımlı olmaları üçün kifayətdir". 
Nəzrin Həsənova
www.oxu.az

Tarix: 29 iyun 2019

Xəbərlər

Tonal krem seçərkən nələrə diqqət etməliyik?

Kosmetika əsas hissəsini təşkil edən tonal kremlər, hər nə qədər dərinin nəfəs almasını çətinləşdirsə də dəri rəngində bərabərlik təmin edən və qüsurları bağlayan yeganə məhsuldur. Tonal Krem alarkən diqqət etməyiniz lazı

Sızanaqları gizləyən ən təsirli makiyaj üsulları

Əvvəlcə etməniz lazım olan bir dermatoloğa müayinə olmaq. Dermatoloğunuz aknelerinizin müalicəsi üçün bir sıra dərmanlar və kremlər təklif edəcək. Yaxşı bir dermatolog sahib olduğunuz dəri tipinə görə gündəlik təkrarlana

Göz formasına görə makiyaj təklifləri

Kiçik formada olan gözlər üçün hər vaxt açıq rəngli bir göz makiyajı daha uyğun olacaq. Böyük gözlərdə isə gözün çox çıxıx bir görünüşə sahib olmaması üçün kiçik gözlərin makiyaj tətbiqinin tərsi etibarlı olacaq. Böyük gözlə

Hansı tonal krem sizə görədir?

Stick tonal krem: Bunlarda krem tonal kremlə bağlayıcı bir aradadır. Normal və quru dərilər üçün idealdır. Dərisini daha çox bağlamaq istəyənlər də seçim edə bilər. Qüsurları örtmək və ya qırmızı və birdən çox tona sahi

Yaşıl gözlər üçün ən gözəl makiyaj modelləri

Yaşıl gözlü qadınlar üçün ən çox yaraşan göz makiyajı modelləri sizlər ilə!. Nadir rast gəlinən və gözəl bir göz rəngi olan yaşıl gözlərə, uyğun makiyaj edildiyində təsiri heç heç nə ilə olçülməz.Yaşıl göz makiyajınızı inkişa

Üz dərisini təmizləmək üçün 4 təbii üsul

Üsul 1. Kleopatranın ən köhnə gözəllik terapiyası süd vannalarıdır. Südün mükəmməl təmizləyici olduğu doğrudur. Bir parça pambıq götürün, otaq istiliyində soyudulmuş və ya soyuq südə batırın və üzünüzü təmizləyin. Quru dərilə

Yanmış saçlara qulluq

Gözəllik qurban tələb eləyir. Lakin bu qurban sizin yanıq saçlarınız olacaqsa vəziyyəti tez bir zamanda düzəltmək lazımdır. Saç ütüsü, kimyəvi müdaxilə və ya fendən istifadə edərkən zərər görən saçlara xüsusi qulluq lazımdır

Saça qulluq maskaları

Saçın bəslənməsi üçün. 1 yumurta sarısı, 1 çay stəkanı dəmlənmiş çay, 1 xörək qaşığı badam yağı və 2 damcı limon suyunu bir qabda qarışdırın. Saçınızın diblərinizə sürtün. 10-15 dəqiqə gözləyib şampunla yuyun. 2 xörək qaşığ

Qadın saçları və saçlara qulluq

Ən gözəl üzə və fiziki quruluşa malik olan qadın belə saçsız çirkin görsənir. Qədimdə isə saç həm də təmizlik, paklıq nümunəsi kimi əhəmiyyət kəsb edirdi. Çağdaş dövr qadınlarımıza istənilən şəkildə saça malik olmaq imkan