Yanmış saçlara qulluq

Yanmış saçlara qulluqGözəllik qurban tələb eləyir. Lakin bu qurban sizin yanıq saçlarınız olacaqsa vəziyyəti tez bir zamanda düzəltmək lazımdır. Saç ütüsü, kimyəvi müdaxilə və ya fendən istifadə edərkən zərər görən saçlara xüsusi qulluq lazımdır. Bunun üçün siz mağazalarda satılan xüsusi saç maskalarından alıb istifadə edə bilərsiniz. Həftədə 2 dəfə saça qoyulan bu maska öz müsbət təsirini verəcəkdir.

Hazır maskanı saça necə qoyuruq?
Qabın içində 2 xörək qaşığı yuyulmayan kondisioneri və maskanı qarışdırb təmiz nəm saşlara yaxırıq. Saçları qaynar dəsmala bükürük, 1-2 dəqiqə saxlayırıq və yeni qaynar dəsmal ilə əvəz edirik. Beləcə dəsmalları dəyişərək 20-30 dəqiqə maskanı saçda saxlayırıq. Bu proseduru həftədə 1 dəfə təkrar edin.

Siz bu kimi maskaları öz əllərinizlə də hazırlaya bilərsiniz.

Maska №1
1 xörək qaşığı ayı pəncəsi yağı (репейное масло), 1 ədəd yumurtanın sarısını, aloe şirəsi və mayonezi qataraq masaj edərək başın dərisinə yeridin. Sonra maskanı daraqla saçın uclarına kimi çəkin. Sonda başınızı polietilen paketə bükərək maskanı bir neçə saat saçınızda saxlayın. Bir müddət sonra saçınızı ilıq su və şampun ilə yuyun.

Maska №2
1 xörək qaşığı konyak, 1 xörək qaşığı bal, yumurtanın sarısını və ayı pəncəsi (və ya zeytun) yağını qarışdırın. Saçların parlaqlığını qaytarmaq üçün maskanın içinə bir neçə damcı limon şirəsi əlavə edin və 1 nömrəli maska kimi saçınıza yeridin.

Saçlara qatıq və ya pivə qoymaqla onlara canlılığı qaytara bilərsiniz.

Tarix: 7 fevral 2019

Xəbərlər

Tonal krem seçərkən nələrə diqqət etməliyik?

Kosmetika əsas hissəsini təşkil edən tonal kremlər, hər nə qədər dərinin nəfəs almasını çətinləşdirsə də dəri rəngində bərabərlik təmin edən və qüsurları bağlayan yeganə məhsuldur. Tonal Krem alarkən diqqət etməyiniz lazı

Saça qulluq maskaları

Saçın bəslənməsi üçün. 1 yumurta sarısı, 1 çay stəkanı dəmlənmiş çay, 1 xörək qaşığı badam yağı və 2 damcı limon suyunu bir qabda qarışdırın. Saçınızın diblərinizə sürtün. 10-15 dəqiqə gözləyib şampunla yuyun. 2 xörək qaşığ

Qadın saçları və saçlara qulluq

Ən gözəl üzə və fiziki quruluşa malik olan qadın belə saçsız çirkin görsənir. Qədimdə isə saç həm də təmizlik, paklıq nümunəsi kimi əhəmiyyət kəsb edirdi. Çağdaş dövr qadınlarımıza istənilən şəkildə saça malik olmaq imkan

Saçları nəmləndirən maska

Saçda yaranan qaşıntı, quruluq, qızartı kimi problemlərin qarşısını alır. Saçları nəmləndirir, parlaqlıq verir. İran meliyası ağacının yağı necə istifadə edilir?. Zeytun, avokado, susam yağı və jojoba yağı kimi nəmləndiricidir

Tuşunuz quruyubsa, nə etməli?

Makiyaj vəsaitlərinin də bir ömrü var. Bəzi kosmetik məhsulların ömrü qısadır, bəzilərinin isə tərkibi riskli. Tuş da onlardan biridir. Bəzən istifadə qaydasına əməl etməmək belə həmin məhsulun qurumasına, keyfiyyətdən düşməsin

Dodaq qalınlaşdıran pomada

Bitki mənşəli formulalarla öz pomadanızı özünüz edə bilər, daha dolğun dodaqlara sahib ola bilərsiniz. Vəsaitlər:. - 1 yemək qaşığı bal şamı - istəsəniz vazelin (əridə bilmək üçün altında qaynar su dolu qab olmalıdır) .

Təbii eyeliner resepti

Vəsaitlər. Yarım şirin qaşığı əridilmiş aloe vera gel. 1 çay qaşığı aktiv karbon. Hazırlanması. Qazda əridib maye konsistensiyasına gətirdiyiniz aloe vera gelini kiçik bir şüşə qaba qoyun, içinə 1 çay qaşığı aktiv karbo

Çimərlik makiyajı necə edilir?

Yaz aylarının bu qovurucu istisində təbii ki özümüzü dənizə və hovuza atmaq ən ağla uyğun variantlar arasında yer alır. Ancaq dənizə gedərkən belə güzelliğimizden güzəştə verməyimizə ehtiyac olmadığını da unutmamaq lazımdır

Makiyajı təmizləməyin alternativ yolları

Təbii Yağlar. Baxım üçün istifadə etdiyiniz hindqozu yağı, ya da zeytun yağından makiyajı təmizləmək üçün istifadə edə bilərsiniz. Bu yağlar dərini təbii şəkildə nəmləndirir və təravətləndirir. Bəbə yağı. Əgər makiyaj təmizləyicini