Qaşların formasının seçilməsi - FOTO

Qaşların formasının seçilməsi - FOTODekorativ makiyaja başlamazdan əvvəl qaşların vəziyyətinə diqqət yetirmək lazımdır.

Qadın cazibədarlığı qaşların rəng və formasından çox asılıdır. Yaxşı forma üzü cazibədar göstərir və vizual olaraq cavanlaşdırır. Buna görə də makiyaj üzrə mütəxəssislər cavan olmayan xanımlara qaşlarına daimi olaraq qulluq etməyi məsləhət görürlər.

Qaşları formaya salarkən onları daha ifadəli göstərməyə çalışmaq lazımdır. Qaşların təbii əyriliyini dəyişmək məsləhət deyil: onların təbii forması, adətən, üz cizgilərinə uyğundur, ona görə də onlara hər hansısa bir düzəliş etməyin mənası yoxdur. Qaşın düzəlməsi üçün forma üz cizgilərinin fərdi xüsusiyyətləri və qadının yaşına uyğun olaraq seçilir.

Üz quruluşunun bir neçə forması olduğu kimi, qaşlar da öz formasına görə 4 tipə bölünür - düz, əyilmiş (qövs şəkilli), dairəvi və sınmış. Bu zaman hər bir qaş tipi üzün formasına uyğun olaraq seçilir. Bəs hansı qaşlar hansı sifət quruluşuna (tipinə) uyğun gəlir?

Düz qaşlar – ensiz və uzunsov sifətlərə yaraşır. Onları daha yumru və qısa göstərir.
Qaşların formasının seçilməsi - FOTO
Əyilmiş qaşlar – kvadrat və oval sifətlərə yaraşır. Çox enli sifətlərə uyğun gəlmir.
Qaşların formasının seçilməsi - FOTO
Dairəvi qaşlar – köbud cizgiləri yumşaldır, sifətə incəlik verir. Dairəvi sifətlərə yaraşmır.
Qaşların formasının seçilməsi - FOTO
Sınmış qaşlar – sifəti cavanlaşdırır, ona incəlik verir. Enli sifətləri daha zərif göstərir. Amma çox sındırılmış qaşlar sifətə təəccüblü, şübhəli və bəzən də hiyləgər görünüş verir.
Qaşların formasının seçilməsi - FOTOQaşların formasının seçilməsi - FOTO
Üzünüzə uyğun qaş forması seçərkən nəzərə almaq lazımdır ki, sıx və enli qaşlar sifəti azca ciddi və sərt göstərir.

Həddinən artıq uzun qaşlar sifəti bir qədər qocaldır və ona qəmli ifadə verir.

Qaş xəttinin çox aşağı salınması sifəti daraldır, onu kədərli göstərir.

Gözlər bir-birindən çox aralı yerləşərsə, qaşların "baş" hissəsini uzatmaqla onları bir-birinə "yaxınlaşdırmaq" olar. Əksinə, bir-birinə yaxın yerləşən gözləri, qaşların "baş" hissəsini bir qədər qısaldıb və "quyruq" hissəsini isə bir az uzatmaqla bir-birindən "uzaqlaşdırmaq" olar.

/evdarliq.az

Tarix: 29 iyun 2019

Xəbərlər

Tonal krem seçərkən nələrə diqqət etməliyik?

Kosmetika əsas hissəsini təşkil edən tonal kremlər, hər nə qədər dərinin nəfəs almasını çətinləşdirsə də dəri rəngində bərabərlik təmin edən və qüsurları bağlayan yeganə məhsuldur. Tonal Krem alarkən diqqət etməyiniz lazı

Seyrək qaşlardan xilas olmağın 6 yolu

Qaşlar üzdəki gözəlliyi üzə çıxaran, sifətin ən önəmli hissəsidir. İncə qaş dəbi ilə ayaqlaşmaq nə qədər asandırsa, son zamanların dəbi olan qalın qaşla ayaqlaşmaq bir o qədər çətindir. Qaşı seyrək olan xanımlar qalınlaşdırma

Dodaq boyası seçimində nələrə diqqət yetirməli?!

Dodaq nə qədər sağlam və hamar olsa da XXI əsrin qadınları onu boyasız təsəvvür edə bilmirlər. Bəs boya alarkən nəyə diqqət yetirmək lazımdır ki, dodaq həm gözəl görünsün, həm də zədələnməsin?. İlk olaraq boyanın tərkibin

Düzgün makiyaj etməyin 10 qızıl qaydası

Makiyaj zamanı istifadə edə biləcəyiniz önəmli məlumatları təqdim edirik:. Bunları bilsəniz güzəlliyinizi birə beş artıracaqsınız!. 1. Layner çəkərkən quyruğa şəkil verməkdə çətinlik çəkirsinizmi? Bir də kredit kartının köməyil

Cazibədar görünməyin sirlərini bilməyənlər OXUSUN...

Sizin üçün vacib olan bir kişi ilə görüşə haqzırlaşırsınız. Ona yaxşı təsir etməyin yollarını bilirsinizmi?. Bunun üçün ona nələrin təsir etdiyini və nələrdən xoşu gəldiyini öyrənməlisiniz. Danışıq tərziniz, geyiminiz v

Az pulla çox gözəl görünməyin sirləri

Gözəl və baxımlı görünmək üçün sərvət xərcləmədən də gözəl görünə bilərsiniz. Dırnaq boyalarınız çox tez quruyur və istifadə edilməsi mümkünsüz hala gəlirsə, ona bir az aseton əlavə edib dırnaqlarınıza əvvəlki kimi çəkin

Qadınlar üçün cavanlaşdırıcı - Maskalar

Vitaminli cavanlaşdırıcı maska. Xiyarı xırda gözlü rəndədən keçirin və bir xörək qaşığı xiyar püresinə bir xörək qaşığı yaxşı yetişmiş və əzilmiş qarağat əlavə edin. Qarışdırın və üzərinə bir xörək qaşığı xama əlavə edin

Xanımların diqqətiinə: gözləri böyük göstərən makiyaj

Əgər göz ətrafında qara kölgələr və ya göz torbaları varsa ilk öncə korrektor vasitəsilə həmin nahiyəni eyni tonlu bir vəziyyətə gətirdikdən sonra makiyajınıza başlayın. Göz makiyajına işıqlıq verən bir kölgə ilə başlayın

Türkiyəli məşhurların vizajisti gözəllik sirlərini açıqladı - MÜSAHİBƏ

Türkiyəli məşhurların vizajisti gözəllik sirlərini açıqladı - MÜSAHİBƏ. Ajda Pekkan, Ebru Gündeş, Serenay Sarıkaya, Fahriye Evcen, Hazal Kaya, Aslı Enver, Hande Erçel kimi məşhurların vizajisti, "Sil makyajını"