Ayaqları daha uzun göstərmək üçün hiylələr

Ayaqları daha uzun göstərmək üçün hiylələrAyaqları uzun göstərmək üçün hündür dabanlar yaxşı çıxış yolu deyil, belə ki, onların üstündə gəzmək heç də asan və rahat olmur. Ona görə də ayaqlarınızı uzun göstərmək istəyirsinizsə, ilk növbədə qamətinizə fikir verin - çiyinlərinizi düz saxlayın, sinə və buxağınızı qaldırın, qarın nahiyənizi dartın.
Bundan əlavə, sizə bir neçə vizual üsullar təqdim edirik. Hər zaman eyni rəng qammasında paltarlar geyinin.
Geyim sizi iki kontrastlı hissələrə bölməməlidir. Ən əsası isə paltarda üfüqi xətlərdən uzaq olun. Ayaqqabılara gəldikdə, onların rəngi corabınızın rəngi ilə uyğun olmalıdır. Əgər siz açıq rəngli çəkmələr geyinmisinizsə, o zaman ət rəngli corab seçin. Dabanlarla da diqqətli olmaq lazımdır. Əgər baldırınız doludursa, çox nazik dabanlı ayaqqabılar seçməyin. Şişburun ayaqqabılar boyu bir az hündür göstərir, lakin siz alçaqboylusunuzsa, bu formadan da uzaq olun. Dabanın optimal hündürlüyü 7 santimetr olmalıdır.
Çəkmələrə gəldikdə isə klassik modellər ayaqları uzun göstərir. Açıq rəngli eyni tonlu çəkmələr seçin. Onun boğazı isə orta uzunluqda olmalıdır. Şalvarlar barədə deyək ki, düz qara rəngli şalvarlar geyinin. Şalvarın ətəyi dabanı tam şəkildə örtməlidir. Siz həmçinin, tünd rəngli dar şalvar da seçə bilərsiniz. Uzun yubkalar isə sizə yaraşmaz. Orta uzunluqda yubkalara üstünlük verin. Həmçinin, kəsiklər də ayağı uzun göstərir.

Tarix: 12 oktyabr 2021

Xəbərlər

Soyuq havalarda dəri qulluğu

Soyuq havalarda dərimizdəki qan damarları daralır, bu isə dərinin quruması və soyulması ilə nəticələnir. Ona görə də qış aylarında xanımlar daha baxımlı olmalı, kremləri mütəmadi olaraq çəkməlidir. İsti sudan istifadə etməyin!

Permanent makiyaj (tatuaj) necə aparılır?

Bu metod bədii tatuirovkadan gəlmişdir və ona çox oxşayır. Bu zaman xüsusi aparatın köməyilə dəriyə rənglər yeridilir. Bu proses əsasən qaşların və dodaqların rəngini və formasını yaxşılaşdırmaq, göz qapaqlarının formasın

Dəri qulluğunu yaxşılaşdırmağa kömək edən vərdişlər

Müxtəlif insanların gündəlik ritualları fərqli ola bilər, ancaq özünə qulluq konsepsiyası hər kəs üçün dəyişməz və ümumi olaraq qalır: özümüzü daha yaxşı hiss etmək istədiyimiz üçün özümüzə qulluq göstəririk. Özünə qullu

Gözəllik üçün 5 qiymətli yağ

Qədim dövrlərdən bəri bitki yağları tibbdə və kosmetologiyada yüksək qiymətləndiriliblər. Yağ əsaslı məhsulların necə seçməyi və hansının məhz sənin üçün uyğun olduğunu -dan öyrən. Badam yağı. Badam yağı yaşlanma prosesin

Busterin növləri və istifadə qaydası

"Buster" sözü üzrə axtarış sistemləri uşaq avtomobil oturacaqlarını çıxarır, dəbli bloqqerlər onu çoxlu tərifləyir, sən isə sadəcə başa düşmürsən ki, bu məhsulu necə və nə üçün öz dəri qulluğuna əlavə etmək lazımdır

Həssas dəriyə necə qulluq etmək olar?

Həssas dərinin reaksiyaları və onun qıcıqlanmasının səbəbləri fərdi və gözlənilməz ola bilər, amma biz dərini sakitləşdirməyə və ağırlaşmalardan qaçınmağa kömək edəcək bir neçə ümumi məsləhəti hazırladıq. Üzünü isti su il

Həssas dərinin əlamətləri

Qızartı, qıcıqlanma və ya qaşınma? Ola bilsin ki, həssas dərin var. Həssaslıq dərinin müxtəlif amillərə qıcıqlanma ilə cavab verdiyi vəziyyətdir. Statistikaya görə, həssaslıq problemi ilə inkişaf etmiş ölkələrin sakinlərini

Üz yumaq üçün doğru vasitəni seçmək qaydası

Sağlam dəri təmizlənmədən başlayır. Amma adi yox, düzgün təmizlənmədən! öz dəri növünüz üçün vasitəni necə tapmaq lazım olduğunu izah edir. Qara nöqtələri aradan qaldırmaq lazım olanda. Qara nöqtələr və digər qüsurlar naraha

Fırçaya görə tuşu necə seçmək olar?

Kipriklər üçün tuşda ən vacib şey (formuldan başqa) fırçadır. Kipriklərinin uzun, burulmuş, həcmli və ayrılmış olması məhz onun formasından asılıdır. Səs dalğası formasında unikal Fortemente fırçası kirpikləri 8 dərəcə qaldırır