Permanent makiyaj (tatuaj) necə aparılır?

Permanent makiyaj (tatuaj) necə aparılır?Bu metod bədii tatuirovkadan gəlmişdir və ona çox oxşayır. Bu zaman xüsusi aparatın köməyilə dəriyə rənglər yeridilir.
Bu proses əsasən qaşların və dodaqların rəngini və formasını yaxşılaşdırmaq, göz qapaqlarının formasını korrektə etmək və gözlərin mənalılığını artırmaq üçün istifadə olunur. Əgər permanent makiyaj yaxşı kosmetoloji klinikada, yaxşı mütəxəssis tərəfindən yerinə yetirilmişsə, bu halda o, təbii görünəcək, xarici görünüşü xeyli yaxşılaşdıracaq və qüsurları gizlədəcək. Onu da bilmək lazımdır ki, tatuajda istifadə edilən boyalar allergik reaksiya verə bilərlər. Buna görə allergiyaya meylli olan xanımlar bu proseduradan çəkinməlidir.
Dodaqların permanent makiyajı necə edilir?
Hər şey sizin mütəxəssislə birgə kosmetik karandaşın köməyi ilə dodaq formasını seçməyinizdən başlayır. Sonra permanent makiyajın ediləcəyi konturlar çəkilir. Dodaqlar karandaşla çəkildikdən sonra onları üzbəüz və profildən (yandan) durmaqla qiymətləndirin. Qiymətləndirmə zamanı təkcə dodaqlara deyil, yeniləşmiş üzünüzə bütünlüklə diqqət yetirin. Yalnız bu cür hər hansısa bir uyğunsuzluqları və assimmetriyanı görmək olar. Yeni konturun gülərkən, danışarkən, mimiki hərəkətlər zamanı necə göründüyünü yoxlayın. Hamıya uyğun gələn ideal forma yoxdur, hətta ən gözəl hesab edilən - iri, enli dodaqlar da hamıya yaraşmır. Dodaqların forması məhz sizin üzünüzün gözəl cizgilərinizi vurğulamalıdır. Tatuajın köməkliyi ilə qadınları dodaqlarının asimmetriyasından (əyrilik) xilas etmək, onların formasını, həcmini dəyişmək, rəngini yaxşılaşdırmaq olur.
Dodaqların forması müəyyən edildikdən sonra rəng seçiminə keçmək olar. Yaxşı olardı ki, bu zaman makiyaj bütünlüklə silinmiş olsun, əks halda rəng düzgün seçilməyəcəkdir. Tatuaj zamanı rəng dəriyə çox dərin yeridilməsə də (0.8-1 mm), proses kifyət qədər ağrılı olur. Buna görə də tatuajı yerli anesteziya (keyləşdirmə) ilə edirlər.

Tarix: 11 oktyabr 2021

Xəbərlər

Dəri qulluğunu yaxşılaşdırmağa kömək edən vərdişlər

Müxtəlif insanların gündəlik ritualları fərqli ola bilər, ancaq özünə qulluq konsepsiyası hər kəs üçün dəyişməz və ümumi olaraq qalır: özümüzü daha yaxşı hiss etmək istədiyimiz üçün özümüzə qulluq göstəririk. Özünə qullu

Gözəllik üçün 5 qiymətli yağ

Qədim dövrlərdən bəri bitki yağları tibbdə və kosmetologiyada yüksək qiymətləndiriliblər. Yağ əsaslı məhsulların necə seçməyi və hansının məhz sənin üçün uyğun olduğunu -dan öyrən. Badam yağı. Badam yağı yaşlanma prosesin

Busterin növləri və istifadə qaydası

"Buster" sözü üzrə axtarış sistemləri uşaq avtomobil oturacaqlarını çıxarır, dəbli bloqqerlər onu çoxlu tərifləyir, sən isə sadəcə başa düşmürsən ki, bu məhsulu necə və nə üçün öz dəri qulluğuna əlavə etmək lazımdır

Həssas dəriyə necə qulluq etmək olar?

Həssas dərinin reaksiyaları və onun qıcıqlanmasının səbəbləri fərdi və gözlənilməz ola bilər, amma biz dərini sakitləşdirməyə və ağırlaşmalardan qaçınmağa kömək edəcək bir neçə ümumi məsləhəti hazırladıq. Üzünü isti su il

Həssas dərinin əlamətləri

Qızartı, qıcıqlanma və ya qaşınma? Ola bilsin ki, həssas dərin var. Həssaslıq dərinin müxtəlif amillərə qıcıqlanma ilə cavab verdiyi vəziyyətdir. Statistikaya görə, həssaslıq problemi ilə inkişaf etmiş ölkələrin sakinlərini

Üz yumaq üçün doğru vasitəni seçmək qaydası

Sağlam dəri təmizlənmədən başlayır. Amma adi yox, düzgün təmizlənmədən! öz dəri növünüz üçün vasitəni necə tapmaq lazım olduğunu izah edir. Qara nöqtələri aradan qaldırmaq lazım olanda. Qara nöqtələr və digər qüsurlar naraha

Fırçaya görə tuşu necə seçmək olar?

Kipriklər üçün tuşda ən vacib şey (formuldan başqa) fırçadır. Kipriklərinin uzun, burulmuş, həcmli və ayrılmış olması məhz onun formasından asılıdır. Səs dalğası formasında unikal Fortemente fırçası kirpikləri 8 dərəcə qaldırır

Saçı gec uzanan xanımlara FAYDALI MƏSLƏHƏTLƏR

Uzun saç sevənlərin ən çox yaşadıqları problemlərdən biri yavaş və çətin uzanan saçlardır. saçı gec uzanan xanımlara faydalı məsləhətləri təqdim edir. Mütəmadi olaraq saçlarınızı darayın. Saçları daramaq saç dərisini masa

Belə saç düzümü qadınları keçəl edir

Saç tökülməsinin müxtəlif səbəbləri var. Saç və baş dərisi xəstəlikləri ilə yanaşı, saç düzümü də saçların tökülməsinə təsir göstərir. Saçı düzgün yığmamaq qadınlarda keçəlliyə səbəb ola bilər. Gün ərzində təxminən 80-11