Gözəllik üçün 5 qiymətli yağ

Gözəllik üçün 5 qiymətli yağQədim dövrlərdən bəri bitki yağları tibbdə və kosmetologiyada yüksək qiymətləndiriliblər. Yağ əsaslı məhsulların necə seçməyi və hansının məhz sənin üçün uyğun olduğunu Kosmetika.az-dan öyrən.
Badam yağı
Badam yağı yaşlanma prosesini yavaşlatan təbii antioksidant olan E vitamini və yağ vəzilərinin işini normallaşdıran, saç böyüməsinə faydalı təsir göstərən, onların parlaqlığını və elastikliyini artıran, yalnız saçların deyil, kipriklərin və qaşların da sıxlığını artırmağa kömək edən F vitaminini ehtiva edir. Badam yağı sakitləşdirici və bərpaedici təsir göstərir, buna görə də onu kiçik yaralar, yanıqlar və digər dəri xəsarətləri və hətta herpes zamanı istifadə olunur.
Avokado
Meyvələrin özləri kimi, avokado yağının tərkibində natrium, kalium, kalsium və sink, A və E vitaminlərinin yüksək konsentrasiyası var. O, qırışların və piqment ləkələrinin əmələ gəlməsi ilə mübarizə aparır, quruluqdan və çatlaqlardan qoruyur, saçları nəmləndirir, saç folikullarını qidalandırır və qoruyucu qat yaradır. Avokado yağı antibakterial təsir göstərir, dərinin bərpasını stimullaşdırır və səpkilərin sağalmasına kömək edir.
Kokos yağı
Kokos yağı qanda xolesterin səviyyəsini aşağı salmaq kimi unikal xüsusiyyətinə malikdir: o, qızartmaq üçün ən uyğun olan hesab olunur, çünki yüksək temperaturda belə kanserogenlər əmələ gətirmir. Yağ hialuron turşusu və E və K vitaminləri ilə zəngindir, yumşaldır, qabıqlanmanı aradan qaldırır, hüceyrələrin bərpası prosesini sürətləndirir, buna görə də quruluğa meylli dəri üçün yaxşı uyğun gəlir.
Zeytun yağı
Qədim şairlər onu maye qızıl adlandırırdılar, biz isə hamıya onu kosmetika etiketlərində axtarmağı məsləhət görürük. Zeytunun tərkibindəki linoleik turşusu yaraların və yanıqların sürətlə sağalmasına kömək edir, olein turşusu hətta xərçəng hüceyrələrinin inkişafını yatırmağa kömək edir. Zeytun yağında yaşlanma prosesini yavaşlatan və həm dəriyə, həm də saçlara faydalı təsir göstərən fenol ehtiva edir. Zeytun yağı masaj üçün faydalıdır: o, zərərli maddələrin çıxarılmasını sürətləndirir və yağ vəzilərinin sekresiyasını yaxşılaşdırır.
Küncüt yağı
Küncüt və sezam yağı bir çox faydalı maddələrlə zəngindir: məsələn, stearin, araxin, olein və digər yağ turşuları ilə, bunun sayəsində o, hüceyrələrin qocalmasını yavaşlatmağa kömək edir, epidermisi bərpa edə, dərinin qoruyucu maneəsini və hətta diş emalını və diş ətlərini gücləndirə bilər. Antioksidant skvalenin sayəsində küncüt yağı dəri göbələyi ələyihinə və bakterisid xüsusiyyətlərə malikdir, hüceyrələri sərbəst radikalların mənfi təsirlərindən qoruyur.

Tarix: 11 oktyabr 2021

Xəbərlər

Busterin növləri və istifadə qaydası

"Buster" sözü üzrə axtarış sistemləri uşaq avtomobil oturacaqlarını çıxarır, dəbli bloqqerlər onu çoxlu tərifləyir, sən isə sadəcə başa düşmürsən ki, bu məhsulu necə və nə üçün öz dəri qulluğuna əlavə etmək lazımdır

Həssas dəriyə necə qulluq etmək olar?

Həssas dərinin reaksiyaları və onun qıcıqlanmasının səbəbləri fərdi və gözlənilməz ola bilər, amma biz dərini sakitləşdirməyə və ağırlaşmalardan qaçınmağa kömək edəcək bir neçə ümumi məsləhəti hazırladıq. Üzünü isti su il

Həssas dərinin əlamətləri

Qızartı, qıcıqlanma və ya qaşınma? Ola bilsin ki, həssas dərin var. Həssaslıq dərinin müxtəlif amillərə qıcıqlanma ilə cavab verdiyi vəziyyətdir. Statistikaya görə, həssaslıq problemi ilə inkişaf etmiş ölkələrin sakinlərini

Üz yumaq üçün doğru vasitəni seçmək qaydası

Sağlam dəri təmizlənmədən başlayır. Amma adi yox, düzgün təmizlənmədən! öz dəri növünüz üçün vasitəni necə tapmaq lazım olduğunu izah edir. Qara nöqtələri aradan qaldırmaq lazım olanda. Qara nöqtələr və digər qüsurlar naraha

Fırçaya görə tuşu necə seçmək olar?

Kipriklər üçün tuşda ən vacib şey (formuldan başqa) fırçadır. Kipriklərinin uzun, burulmuş, həcmli və ayrılmış olması məhz onun formasından asılıdır. Səs dalğası formasında unikal Fortemente fırçası kirpikləri 8 dərəcə qaldırır

Saçı gec uzanan xanımlara FAYDALI MƏSLƏHƏTLƏR

Uzun saç sevənlərin ən çox yaşadıqları problemlərdən biri yavaş və çətin uzanan saçlardır. saçı gec uzanan xanımlara faydalı məsləhətləri təqdim edir. Mütəmadi olaraq saçlarınızı darayın. Saçları daramaq saç dərisini masa

Belə saç düzümü qadınları keçəl edir

Saç tökülməsinin müxtəlif səbəbləri var. Saç və baş dərisi xəstəlikləri ilə yanaşı, saç düzümü də saçların tökülməsinə təsir göstərir. Saçı düzgün yığmamaq qadınlarda keçəlliyə səbəb ola bilər. Gün ərzində təxminən 80-11

Hər zaman işinizə yarayacaq baxım sirləri

Gözəl görünmək hər qadının arzusudur. Amma qarşısını ala bilmədiyiniz bəzi problemlər gözəlliyinizə kölgə sala bilir. Erkən qulluq isə problemlərin gözəlliyinizə vuracağı ziyanın qarşısını alacaq. Göz altında yaranan qırışla

Məsamələri bu yağlarla sıxlaşdırın

Arıqlayarkən dərinin deformasiyaya uğramasının, yaş artdıqca dəri sallanmasının qarşısını almaq üçün bitki yağlarından istifadə edə bilərsiniz. Sistemsiz dəriyə qulluq, kimyəvi kosmetik məhsullar, yaşın artması və ya həddində