Maybelline Color Drama Dodaq Boyası Paleti Nude

Kosmetika MAYBELLINE

Məhsul kodu: 47
Məhsul haqqında
Sizin təbii cazibəniz və zərif zövqünüzü vurğulayan qüsursuz makiyaj- bu, Maybelline brendindən  dəbdəbəli Color Drama Lip Contour Palette  dəsti ilə həyata keçən arzu olacaq.O, dodaqlar üçün 4 növ təbii çəhrayı çalarlı praymer, dodaqların konturunu çəkmək üçün 3 çalarda haylayter və 3 çalarda dodaq boyasından ibarətdir.
Praymerin köməyi ilə dodaqlarınızı  makiyaja hazırlaya bilərsiniz. Onu çəkməklə makiyajı qalıcı, çalarları isə daha dolğun edəcəksiniz. Konturun çalarları dodaqları səliqəli çərçivələmək  və qradientli meyk-ap üçün mükəmməl uyğundur. Haylayter dodaqları vizual böyütmək və üzün arzuolunan hissələrini işıqlandırmaq üçün nəzərdə tutulub. Dodaq boyaları isə xoş krem teksturaları və dolğun rəngləri ilə sizi sevindirəcək.
Kompakt format və dəstə daxil olan ikitərəfli fırça onu istifadədə çox rahat edir. Obrazınız ilə təcrübələr aparın, çalarları qarışdırın, makiyajı yeni tanıdığınız texnikalarla edin, əsl gözəllik kraliçasına uyğun olaraq makiyaj yaradın!
İstifadə qaydası: dodaqlarınıza praymer çəkərək, onu forma verməyə hazırlaşdırın. Xüsusi fırça ilə dodaqlarınızı kontur çaları ilə çərçivələndirin. Dodaq boyasını çəkin. Daha həcmli dodaqlar əldə etmək üçün haylayteri dodaqların mərkəzinə də əlavə edin. Bu üsul ilə onlar daha da həcmli olacaq.


Kosmetika Məlumatları