Üz formasına görə makiyaj
Oval və yuvarlaq üz forması
Bu üz tipinə sahib olanlar, açıq rəngli və təbii görüntüyə sahib tonal kremlərdən istifadə etməlidirlər. Gözlərin və dodaqların eyni anda ön planda olduğu makiyajdan uzaq durmalıdırlar. Əgər gözləri vurğulamaq istəyirsinizsə, dodaqlara təbii kölgələr verin.
Dördbucaq üz forması
Tünd tonda tonal kremlərdən istifadə edin. Almacıq sümüklərin üst kənarına ənlik çəkərək dairəvi görünməsini təmin edə bilərsiniz. Alın və burun bölgəsinə iki fərqli tonal kreminin qarışdırılıb vurulması, üzünüzü daha canlı və mükəmməl görüntü verəcək.
Uzun üz forması
Uzun üz formasına sahib insanlar, mütləq konturdan istifadə etməlidir. Çənə və alın bölgəsinə tünd rəngdə tonal krem çəkin, üzün qalan bölgələrində açıq tonda tonal kremlərdən istifadə edin. Üzünüzdə oval bir görüntü əldə etmək istəyənlər, ənlikləri yana doğru çəkməlidirlər.
Ürək formasında üzlər
Düzgün makiyajla oval görünüşə sahib ola bilərsiniz. Bunun üçün çənə və alın bölgəsinə diqqət etmək lazımdır. Tonal kremi təbii tonlarda, çənə bölgəsinə çəkməli, yanağa isə açıq rəngli ənliklərdən istifadə olunmalıdır. Ürək formasında üzlər üçün göz bölgəsini vurğulamaq vacibdir. Buna görə də, tünd rəngli göz makiyajından istifadə etmək lazımdır.
2019-un trend dodaq boyası rəngləri
Qırmızı . Qırmızı rəng həmişə aktuallığını qorumağı bacarır. 2019-un trend rəngləri arasında olan qırmızı rəng, hər mövsüm istifadə oluna bilər. Mocha. Tünd bənövşəyinin çəhrayi ilə qarışığından ortaya çıxan " Mocha"
Qüsursuz makiyaja sahib olmağın sirri
İşıqlı baxışlar . Biz qadınlar üçün ən əhəmiyyətli şey təsiredici baxışlar. Göz makiyajına başlamadan əvvəl, göz altındakı tündlüklər üçün dəri rənginizə uyğun bir bağlayıcı istifadə edə bilər və yüngül bir pudrayla sabitləy
Tonal krem necə istifadə edilir?
Hər şeydən əvvəl tonal krem tətbiqində kullanacağımız fırça və süngərlərin təmiz olmasına diqqət etməmiz lazımdır. Təmiz olmayan fırçalar və süngərlər dəridə sızanaq və akne kimi bir çox problemə yol açar. Başqa makiya
Pomada çəkərkən bu səhvlərə yol verməyin
Parlaq dodaq boyası ən gözəl akssesuardır. Əsas odur ki, o düzgün istifadə edilsin. Amma təəssüf ki, əksəriyyət xanımlar parlaq rəngli dodaq boyalarından istifadə edərkən səhvlərə yol verirlər. Bir daha səhv etməməyiniz üçü
Uzun və sağlam kipriklər üçün təbii vasitələr
Gözəl görünüşlə yanaşı, kirpiklər göz sağlamlığında da əhəmiyyətli bir rola sahibdirlər. Uzun, gur və sağlam kirpiklər çox qadının gözəllik siyahısındakı diləklərindən biridir. Ancaq əlbəttə ki, hər kəs təbii olaraq gur
Dərini makiyaja hazırlamaq üçün 5 addım
Dodaqlar. Dodaqlar qüsur görünməsi, həmçinin dodaq boyasının parçalanmaması üçün pilinq tərzində baxım edilməli, sonrasında nəmləndirici tətbiq edilməlidir. Ən asan üsul diş fırçası ilə fırçalamaqdır. Gözaltı baxımı. Bi
Şəkillərdə daha gözəl görünmək üçün makiyaj hiylələri
Şəkillərdə daha gözəl görünmək üçün doğru makiyaj texnikası ilə şəkillərdə qüsursuz görünmək mümkündür. Toy, məzuniyyət kimi xüsusi günlərdə şəkillərdə daha gözəl görünmək üçün tətbiq edə biləcəyiniz makiyaj sirlərini bi