ÜZ üçün Kosmetika
Hər bir baxımlı xanım üçün makiyaj baxımlı gözəl görünmək üçün bir vasitədir. Makiyaj edən xanımlar makiyaj vasitələri haqqında daha çox məlumatlı olmalıdırlar. Əgər biz istifadə etdiyimiz vasitələr haqqında lazımlı məlumatlara sahib deyiliksə, bu bizim üçün problemlər yarada bilər. İlk olaraq onu qeyd edək ki, makiyaj vasitəsi alarkən mütləq tərkibinə diqqət etmək lazımdır. Çünki vasitənin tərkibibdəki hansısa maddəyə qarşı həssaslığınız, allergiyanız varsa, bu sizin dəriniz üçün faciə ola bilər. Ona görə də, mütləq makiyaj vasitəsi alarkən səbrlə tərkibini araşdırmağa çalışın. İkinci mərhələ isə dəri tipinizə uyğun vasitə seçin. Əgər sizin dəriniz qurudursa, yağlı dərilər üçün alacağınız makiyaj vasitəsi dərinizi biraz da qurudacaq. Gəlin, hər bir makiyaj vasitələrinə uyğun məlumatlara göz ataq.
Tonal krem. Qadınlar dərilərində olan problemləri gizlətmək üçün ən çox istifadə etdikləri vasitə tonal kremlərdir. Makiyajın təməl vasitələrindən biri olan tonal kremlər dərinizin tipi və rənginə uyğun olduqda dərinizi olduğundan daha gözəl və canlı göstərəcək. Buna görə də tonal krem alarkən mütləq hansı tip dəri üçün uyğun olub-olmadığını, dəri rənginizlə uyuşub uyuşmadığını yoxlayın. Çalışın ki, tonal kremi dərinizə tətbiq edərkən, süngərdən istifadə edin. Beləliklə tonal krem üzünzdə yamaq kimi yox, dərinizin bir parçası imiş kimi duracaq.
Maskara. Daha canlı, dolğun və uzun kirpiklər hər xanımın xəyalıdır. Lakin təəssüflər olsun ki, bəzi xanımlarda kirpiklər seyrək və qısadır. Bu halla qarşılaşan xanımlar kimyəvi prosedurlara müraciət etsələr də, bu, sonradan daha böyük problemlərə,hətta kirpikləri birdəfəlik itirməyə belə gətirib çıxara bilər. Bunun daha az təhlükəli, həmçinin daha sərfəli bir yolu maskaradan istifadə etməkdir. Maskara seçərkən, hansı funksiyalarının olub-olmadığını araşdırın. Bəzi maskaralar sadəcə həcm verir, bəziləri isə həcm verməklə həm də bərabər uzadır. Buna görə də maskara alarkən də diqqətli olmanız tövsiyyə edilir.
Dodaq boyası. Sadə makiyajı tamamlamaq üçün dodaq boyasına da ehtiyacınız var. Əgər qırmızı dodaq boyasından istifadə edirsinizsə, eyni rəngdə dodaq kremi əldə etmənizi məsləhət görürük. Çünki dodaq qələmi ilə dodağınızı səliqə ilə çevrələdikdən sonra qırmızı dodaq boyasını, kənara çıxmadan tətbiq edə bilərsiniz. Beləliklə gözəl və sadə makiyajınızı tamamlamış olarsınız.
Bir-birindən keyfiyyətli makiyaj vasitələri kosmetika.az saytında sifarişinizi gözləyir.