Saçlara qulluq

Sıralama  

Saclara qulluq
Hər bir qadın saçlarının parlaq və gözəl görünməyini istəyir. Buna görə qədim dövrlərdə xanımlar təmizliyini qoruyub saxlamağa və özlərinə baxmağa çalışırdı. Bunun üçün onlar bitkilər, efir yağlar və s. istifadə edirdi.
Saca qulluq edərkən hansı tip saçlara sahib olmağınız çox önəmlidir. Saçlar normal, quru, yağlı və qarışıq tipli olur.
İndiki dövrdə qadınlara daha praktik və ciddi vasitələr lazımdır. Saç fenindən istifadə, havada olan toz və s. saçları cansız edir.
Müasir qadının sərəncamında ən yaxşı saça qulluq vasitəsi sayılan çox sayda şampun var.
Bu şampunlar saçları effektiv təmizləyir, saçın özündə və saç dərisində olan müxtəlif problemlərlə mübarizə aparır.
Şampunun saçlarınıza uyğun olmadığını 1-2 tətbiqdən sonra anlamaq olar. Lakin müsbət təsiri görmək üçün daha çox zaman lazımdır: 3-4 həftə.
Şampun istifadəsinin müsbət nəticələrinə təmiz saç, onlarda yağlılığın olmaması, qurumadan sonra saç parlaqlığı, yaxşı darama və itaət, baş dərisinin qıcıqlanmaması daxildir.
Şampundan sonra yaxalayıcı və ya kondisioner istifadə etmək məsləhətdir. Yuyulan və yuyulmayan yaxalayıcılar və kondisionerlər var.
Yalnız saçlara tətbiq olunan kondisioner statik elektrik enerjisini azaldır və darama prosesini asanlaşdırır. Yuyulmayan kondisionerlər və balzamlar daha effektli olur. Ancaq yenə də qeyd etmək lazımdır ki, hər şey saç tipinizdən asılıdır.
Ekspertlər bir markanın şampun və kondisionerinin istifadəsini təklif edirlər. Bu halda bu vəsaitlər daha təsirli olacaqdır. Uzun müddətli terapevtik effekt əldə etmək üçün müxtəlif saç maskalarından istifadə edilməlidir. Maskalar bahalı maddələrdən ibarətdir, buna görə qiymətdən qorxmayın - əldə edilən effektə dəyər!
Yaşlandıqca saçlarımız daha həssas və quru olur. Yaşlanma əlehinə olan saca qulluq vasitələri dərini nəmləndirir və qidalandırır. Bu saca qulluq vasitələrə şampunlar, balzamlar, losyonlar və s. daxildir.
Bu məhsulların kompleks şəkildə istifadəsi nəticəsində nəmləndirilmiş saç dərisi və gözəl ipək saçlar əldə edə bilərsiniz.
Bizim saytda siz Keproshop, Profsaracoglu və s. markalarının saca qulluq vasitələrini əldə edə bilərsiniz. Həmçinin siz Kosmetika və bəzənməbölməsinə daxil olub digər məhsullarla tanış ola bilərsiniz.
Kosmetika.az saytı olaraq sizlər üçün uyğun olan bütün saç baxım məhsullarını saçlara qulluq altkateqoriyasında toplamışıq.



Kosmetika Məlumatları