Uzun və sağlam kipriklər üçün nə etməli?!

Uzun və sağlam kipriklər üçün nə etməli?!Gözəl görünüşlə yanaşı, kirpiklər göz sağlamlığında da əhəmiyyətli bir rola sahibdirlər. Uzun, gur və sağlam kirpiklər çox qadının gözəllik siyahısındakı diləklərindən biridir. Ancaq əlbəttə ki, hər kəs təbii olaraq gur, uzun və sağlam kirpiklərə sahib ola biləcək qədər şanslı da deyil.

Yaşlandıqca kirpiklərin böyüməsi dayanar və daha seyrək hala gələrlər. Kirpiklər öz həyat dövrünü qurtardıqda ən az bir dəfə tökülürlər. Zəifləyən və düşən bir kirpiyin böyüməsi isə təxminən 2 ay və ya daha uzun çəkə bilər. Və nəticədə, həcmli kirpiklərə sahib olmaq bir da çətinləşir. Bu vəziyyət istər məşhur olsun, istər sıravi bir adam, hər kəs üçün keçərlidir. Yaxşı, bəs kirpik barəsində məşhurların gözəllik sirləri nədir? Təbii görünüşlü, uzun və gur kirpiklərə sahib ola bilmək üçün bir çox seçim vardır.

Təbii yollarla kirpikləri böyütməyə başlamazdan əvvəl, ilk mərhələdə onların tökülmə səbəbini tapmaq lazımdır. Stress və bəzi dərmanların yan təsirləri kirpiklərin düşməsinə səbəb ola bilər. Ayrıca, qalxanabənzər vəzin funksiyası pozulduğunda, müxtəlif allergiyalar və hormonal müalicələr də kirpik itkisinə səbəb ola bilər. Bu cür sağlamlıq problemlərindən şübhələnirsinizsə, ilk əvvəl bir mütəxəsissə görünməyinizdə fayda var.

Kirpik artımı üçün vitamin dəstəyi: Biotin, həm saç, həm də kirpiklərə güc və uzunluq verən suda əriyən bir B qrupu vitaminidir. A vitamini də bədəndə hüceyrə və toxumaların sağlam inkişafında mühüm rol oyanayıb kirpiklərin böyüməsini təmin edərlər. E vitamini isə qan dövranını xəbərdar edərək, təbii yollardan kirpiklərin böyüməsinə köməkçi olar.

Göz üçün düzgün makiyaj seçin: Tuş, gözlərinizi daha gözəl göstərmək üçün effektiv bir yoldur, amma eyni zamanda kirpik itkisinə səbəb olur. Təbii və sukeçirməz tuş seçin. Hər gün kirpikqatlayandan istifadə etməkdən qaçının. Bunlar kirpiklərin uclarını zəiflədər. Kirpiklərin ən pis düşməni siz ola bilərsiniz. Tuşla yatmaq, su keçirən tuşlar, tez-tez gözləri ovuşdurmaq, göz qapaqlarındakı asılma və sürtünmələr hamısı kirpiklərin aşınmasına və köhnəlməsinə səbəb ola bilər.
Kirpikləri bəsləmək üçün: Hind yağı.
Hind yağı kirpiklərin nəmli və yumşaq olmasına köməkçi olan, əsrlərdir istifadə edilən təbii bir həlldir.
Gecə vazelin tətbiqi kirpiklərinizin kövrək hala gəlməsini önləməyə köməkçi olar. Ancaq həqiqi bir kirpik möhkəmlətmə müalicəsi üçün, gənəgərçək yağını sınaya bilərsiniz.
Kirpik kremləri və ya E vitamini: Saç baxımında istifadə etdiyiniz kimi kirpikləriniz üçün də kirpik kremləri istifadə edə bilərsiniz. Ümumiyyətlə, keratin ya da biotin kimi zülallar ehtiva edən kirpik kremləri də kirpikləri gücləndirməyə, nəmləndirməyə, uzanmasına və hətta qırılmalarını önləməyə köməkçi olarlar. Yatmadan əvvəl kirpiklərə zeytunyağı, ya da E vitamini tətbiq edin və səhər yuyun. Bu kirpiklərinizi gücləndirmək və uzanmalarını sürətləndirəcək.
Yaşıl Çay: flavonoid baxımından zəngin olan yaşıl çay, güclü bir antioksidant olmasının yanında kirpik böyüməsi üçün də istifadə edilə bilər. Bir pambıq ilə kirpiklərə soyuq və şəkərsiz yaşıl çay tətbiq edin və gözünüzün içinə maye axmamasına diqqət yetirin.
Zeytun yağı - Badam yağı - Hind yağı: bütün yağlardan 1 qaşıq qarışdırın. Bir pambıq köməyi ilə yatmadan əvvəl kirpiklərinizə tətbiq edin.
Yumurta ağı və gənəgərçək yağı: Hər iki vəsaitdən 2 damla alın və qarışdırın. Kirpiklərə bu qarışığı sürtün və gecə boyunca saxlayın.

Tarix: 7 fevral 2019

Xəbərlər

Çəhrayı dodaq boyası dodaqlarda çox incə və cazibəli görünür

Çəhrayı dodaq boyası dodaqlarda çox incə və cazibəli görünür. Bu çalar həm də dodaqları cavan göstərir. Amma nəzərə alın ki, çəhrayı pomadalar o qədər də dayanıqlı olmur. Bunun üçün bir qat pomada çəkəndən sonra üstündə

Saç rənginə görə makyaj

1. Qara saç. Əgər saçlarınızın rəngi qaradırsa, mütləq gözlərinizi ön plana çıxaran makiyaj etməlisiniz. Sadə makiyaj istəyirsinizsə, açıq rəngli ənlik istifadə edin. Qara saçlara ən uyğun dodaq boyası qırmızı rəngdir. 2

Gözəlliyinizə kölgə salan makiyaj xətalar

1. Quru dəriyə makiyaj etmək. Makiyaj edərkən edilən ən böyük xətalardan biri nəmləndirici istifadə etməməkdir. Dərinin yağlı və ya quru olmasının fərqi yoxdur, dərini əvvəlcə təmizləməli, sonra nəmləndirici çəkməlisiniz

Göz rənginə görə ənlik seçimi

Mavi gözlər. Mavi gözlərə sahib kişilər, şaftalı və ya çəhrayi ənliklə gözlərini daha parlaq göstərə bilərlər. Tünd qırmızıya çalan rənglərdən uzaq durmalısınız, gözlərinizi arxa plana salacaq. Yaşıl gözlər. Yaşıl gözlü insanlar

Möhtəşəm kirpiklər üçün 4 tuş hiyləsi

Uzun ömürlü qıvrımlar üçün. İlk əvvəl tuşu normal və davamlı formada çəkin. Su keçirməz tuşla da üstün keçin. Bununla, qıvrımlar qalıcı olacaq. Tez zamanda pozulmayacaq. İnanılmaz bir rəng üçün. Qırmızı və ya sarı rəngd

2019-cu il makiyaj trendləri

1. Xüsusi günlər üçün qızılı dumanlı göz makiyajı. Göz qapaqlarına dağıdılmış qara qələm sizə sirli görüntü qazandıracaq. Alt kirpiyə isə qızılı toxunuş, təbii qaşlar və nude dodaqlarla gözəl görünəcəksiniz. 2. İsti tonlarl

Daha dolğun kirpiklər üçün 3 üsul

Kirpik buran alətin isidin. Kirpiklərinizin dolğun görünməsini və uzun müddət qalıcı olmasını istəyirsinizsə, saç qurudan fenlə kirpik buran aləti isidin və ardınca kirpiklərinizi burun. Bu formada burulan kirpiklər dah

Üz formasına görə makiyaj

Oval və yuvarlaq üz forması. Bu üz tipinə sahib olanlar, açıq rəngli və təbii görüntüyə sahib tonal kremlərdən istifadə etməlidirlər. Gözlərin və dodaqların eyni anda ön planda olduğu makiyajdan uzaq durmalıdırlar. Əgər gözlər

2019-un trend dodaq boyası rəngləri

Qırmızı . Qırmızı rəng həmişə aktuallığını qorumağı bacarır. 2019-un trend rəngləri arasında olan qırmızı rəng, hər mövsüm istifadə oluna bilər. Mocha. Tünd bənövşəyinin çəhrayi ilə qarışığından ortaya çıxan " Mocha"