Dərinin yaşlanması qidalanma prosesi ilə əlaqəlidir?
Mövzu Edinburq Universitetinin (İngiltərə) mütəxəssisləri tərəfindən araşdırılıb. Bu sahədə apardığı tədqiqat işləri ilə tanınan Rupi Ojla hər kəsə qida rasionunda tərkibində yüksək dəmir olan (mal əti və quzu) qida miqdarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmağı tövsiyə edib. R.Ojla iddia edir ki, bunların tez-tez istifadəsi yaşla bağlı əssalı dəyişikliklərə səbəb ola bilər. Onun fikrincə, ət yeyənlər iltihab əleyhinə xüsusiyyətləri olan antioksidantlar və minerallarla zəngin olan qidalara üstünlük verməlidir. Bu xüsusiyyətlərə malik olan qidalar bədəni tənzimləməyə imkan verəcək.
Əlbəttə ki, bunu tərəvəz və meyvə çatışmazlığı olmayan yay aylarında etmək daha yaxşıdır. Tərkibindəki maddələr bədəndəki iltihabı azaltmağa kömək etməklə yanaşı, hüceyrələri də qoruyur. Ojlanın favoritləri bitkilər, keyfiyyətli yağlar (qoz-fındıq və kətan toxumu), yüksək lifli qidalar və rəfinə edilməmiş qidalardır. Bununla birlikdə, pəhrizinizi kökündən dəyişdirmək istəyirsinizsə, dietoloq və ya endokrinoloqla fərdi məsləhətləşmədən edə bilməzsiniz.
"İnsanlar özlərindən uydurduqları qaydalara inanırlar. Müstəqil olaraq özləri üçün pəhrizlər yazırlar. Qlütensiz, laktozsuz, karbohidratsız pəhriz mənasız və amansızdır. Müstəqil olaraq özlərinə protein kokteylləri, vitaminlər, hormonlar, fizioterapiya təyin edirlər. Qəbula "Düzgün həyat tərzi sürdüyüm halda niyə bu qədər pisləşdiyimi anlamıram" şikayətləri ilə gəlirlər. Xahiş edirəm "özünüzü yaxşılaşdırmadan" əvvəl həkiminizə müraciət edin", - məşhur endokrinoloq Olqa Demiçeva sosial şəbəkə hesabında qeyd edib.
Qatıq günəşin yandırdığı dəriyə tətbiq olunduqda dəridə bakterial infeksiyaya səbəb ola, xama isə yanığı daha da gücləndirə bilər. Lakto və digər bakteriyalar, kefir göbələyi bakterial dəri infeksiyasına səbəb ola bilər. Yüksək faizlə yağlı xama tətbiq etmək yanığı daha da gücləndirir. Belə bir vəziyyətdə spirt tərkibli lasyonlardan da istifadə edə bilməzsiniz. Günəş yanığının müalicəsində əsas prinsip pilinqdir, ancaq buzla deyil, sərin lasyonlarla dərini soymaq lazımdır", - Olqa Jukova bildirib.