Dərini cavan saxlamağın unikal yolları
Heç kimə sirr deyil ki, dərimizin vəziyyəti yaş və genetikadan əlavə, bir sıra səbəblərdən də asılıdır. Ekologiya, həyat tərzi, pis vərdişlər, xroniki xəstəliklər və gündəlik qidalanma dəriyə birbaşa təsir edir. Əbədi gənclik iksiri tapılmasa da, ilk xoşagəlməz simptomları təxirə salmaq mümkündür. Belə görünür ki, dünya elmi heç vaxt yaşla əlaqəli dəyişikliklərlə mübarizəyə bu qədər əhəmiyyət verməyib.
Yaşlanma mexanizmlərini izah edən çoxsaylı nəzəriyyələrdən (300-dən çoxdur) və bu gün aparılan araşdırmalardan elm adamları üz dərisinin yaşlanma dərəcəsinin 60-80 faizinin əlverişsiz xarici amillərdən asılı olduğu qənaətinə gəliblər. Bunların arasında ultrabənövşəyi şüalar siyahıya liderlik edir. Parlaq günəşin təsirindən yalnız 15 dəqiqə ərzində dəridəki antioksidant ehtiyatları (xüsusilə C və E vitaminləri) 70-90% azalır ki, bu tarazlığı bərpa etmək ən azı 2 saat çəkir.
"Yalnız tətildə deyil, il boyu günəşdən qoruyucu kremlərdən istifadə edərək dərinizi erkən yaşlanmadan və arzuolunmaz neoplazmaların yaranmasından qoruya bilərsiniz. Qoruyucu kremlərdən istifadə etmədən günəş vannaları qəbul etmək bədənin hər yerində yaş ləkələrinin yaranmasına səbəb olur. Əlbəttə ki, kosmetoloqlar hiperpiqmentasiya ilə mübarizə sahəsində geniş təcrübə toplayıblar, lakin qarşısının alınması barədə unutmayın: maksimum qoruyucu faktoru seçin - spf50, qaralmaq üçün ən yaxşı vaxt 08:00 ilə 11:00 və 16:00-dan sonradır. Dərinizi intensiv şəkildə nəmləndirməyi unutmayın", - rusiyalı kosmetoloq və dermatoveneroloq Aygül Zahirova bildirib.
Mütəxəssislərin fikrincə, dəri kifayət qədər nəmlənərsə, hüceyrələrindəki toksinlərdən azad olmaq daha asan olar, ödem meydana çıxmaz (limfanın müntəzəm xaric olması səbəbindən), qida maddələri daha yaxşı və daha tez sovrular. Nəticədə dəri daha uzun müddət hamar və elastik qalar.
Yeri gəlmişkən, kosmetoloq Olqa Temnikovaya görə, hialuron turşusu dərinin nəmləndirilməsi üçün rekordçu sayıla bilər. Həm də suyu çəkmək və saxlamaq qabiliyyətinə görə qara qarağat, kətan toxumu, balqabaq toxumu, qızılgül, aloe vera, qliserin və bəzi təbii yağlardan nəmləndirici kosmetik məhsullarda istifadə olunur. Bu maddələr qarışıq dərini nəmləndirir və bəsləyir.