"Biznes ledi"lərin ətir seçimi

"Biznes ledi"lərin ətir seçimiİşgüzar xanımın parfum seçiminə tək şəxsi bəyəndiyi ətirlər yox, həm də ki etiket qaydaları təsir edir: Ətir çox boğucu, kəskin, seksual və ya əyləncəli olmamalıdır. Bəs "biznes ledi" ətri necə olmalıdır?
Nə qədər məşğul, işguzar və sərt görsənməyindən asılı olmayaraq, bu obrazı xüsusi seçilmiş ətirsiz təsəvvür etmək olmaz. Parfum - xüsusi seçilmiş stilin son akkordu kimidir və həmsöhbətinizə təsir gücünə malikdir. Düzdür, ətirlərin düzgün seçimi barədə etiket qaydaları var, amma hər halda, hər bir xanımın seçimi individual və özünə məxsus olur. Bu onun zövqündən və şəraitdən asılıdır.
Parfum kolleksiyanızın əsas hissəsini yüngül, neytarl kompozisiyalı - tərkibində sitrus və ya dəniz notları olan ətirlər təşkil etməlidir. Çox təsirli, cəlbedici, seksual ətirlərdən imtina etmək məsləhətdir. Çox şirin, ədviyyatlı və kəskin çiçək qoxuları da məsləhət görülmür. Ekspertlər bir neçə variant təklif edirlər: Fərqli notlu və çox eleqant ətirlər. Misal üçün, təkrar olunmaz Hugo Boss brendindən - Boss Woman və ya Cacharel brendindən incə və zərif Noa ətri. Əlbəttə, hər bir xanımın öz seçimi var. "Biznes ledi" üçün ən böyük parfum seçimi fransız moda evi Hermes tərəfindən təqdim olunur: Un Jardin sur le Nil və ya Voyage d’Hermes - stil, ləyaqət, aristokratiya nümunəsi - bir şedevr hesab oluna bilər.
Öz zövqünüzə uyğun seçim etməkdən əlavə, həm də olacağınız məkanı nəzərə almaq lazımdır. Ofis üçün seçilmiş ətir bir az sərt olmalıdır. Amma işgüzar xanımın həyatı təkcə ofisdə keçmir: onun həyatında eyni zamanda iş görüşmələri, iş səyahətləri, iclaslar da vardır. Əməkdaşlarla axşam yeməyində təbii ki, daha fərqli ətirlərdən istifadə olunmalıdır. Eyni zamanda havanı və fəsilləri də nəzərə almaq lazımdır. Qış ətirləri daha isti və şirin ola bilər. Yay ətirləri isə sitrus meyvələri, təravətli və dəniz notları olan ətirlər olur.

Tarix: 17 iyun 2021

Xəbərlər

Böyük dodaqların kiçik görünməsi üçün nə etməli?

Böyük dodaqların kiçik görünməsi üçün tünd rəngli dodaq boyası istifadə edə bilərsiniz. Dodaq parıldadıcısı dodaqları daha dolğun göstərərmi? Bu effekti daha da artırmaq üçün parıldadıcını dodaqlarınızın bütün səthinə vurmayın

Üz dərisinin cavanlaşması üçün krem

Zamanla yaş və əlverişsiz xarici mühit amillərinin təsiri altında bizim dərimiz solur, nazikləşir, qırışlar və nahamarlıqlar meydana çıxır. Sizə sehrli resept kremi təqdim edirik, hansı ki, sizi əhəmiyyətli dərəcədə cavanlaşdırmağ

Çatlayan dodaqlara çarə

Dodaqların çatlaması soyuq və quru havaların səbəb olduğu problemdir. Dodaqların çatlaması günlük yemək yeməyə, ağızı açıb-bağlamağa, hətta gülümsəməyə belə problem yaradır. Dodaq qurumasının səbəbləri:. 1. Bədənin həddə

MAYBELLINE NEW YORK brendinin dodaq boyası

Maybelline New York-dan Color Sensational Dəbdəbəli Rəng dodaq boyası dolğun piqmentlərlə sizin dodaqlarınıza qeyri-adi dərin və dəbdəbəli rəng bəxş edəcək! Bal nektarı və küncüt toxumlarının yağı gün boyu dodaqları yumşaldı

Saçların qabarmasının qarşısını necə almaq olar?

Saç qurutma maşını saç quruluşunu zədələyərək nəmini azaltdığı üçün qıvrımlara səbəb olur. Buna görə saçınızı öz-özünə qurudun. Zərif İpək. Pambıq yastıq örtükləri nəmi udur və saça zərər verir. Yatarkən saçınıza bükdüyünü

Saçları tez yağlanmadan xilas edən çıxış yolları

Bəzi xanımlar saçlarının hər gün yağlanmasından şikayətlənir. Saçları tez yağlanmadan xilas edən 4 çıxış yolunu təqdim edirik:. 1. Saçlarınıza toxunmayın. Əgər saçlarınız tez yağlanırsa, ona tez-tez toxunmayın. Əlləriniz

Dırnaq boyasını uzun müddət saxlamağın yolları

Baxımlı və gözəl dırnaqlar hər bir xanıma yaraşıq verir. Lakin gözəl və səliqəli dırnaqların ərsəyə gəlməsi üçün çox müddət və əziyyətin tələb olunduğu da sirr deyil. Buna görə də qadınları maraqlandıran məqamlardan bir

GA-DE brendinin dodaq boyası

Qalıcı maye dodaq boyası məxməri-zərif mat teksturaya malikdir. Onun dodaqları yüngül nəmləndirən, onlara möhtəşəm parlaq çalar bəxş edən və iz qoymayan xüsusiyyətləri var. Boyanın formulu tərkibində mumlar olmayan gel texnologiy

Hansı rəng boyalar dodaqları daha böyük göstərər?

Dodaq boyasını düzgün və qüsursuz sürtməyin ən yaxşı yolu nədir? Dodaq boyası çəkərkən azca gülümsəyərək, dodaqlarınızı gərin və qətiyyən büzməyin. Solğun cildlilər şaftalı, çəhrayı və hətta soyuq bejləri, tünd dərililə