Kosmetika
Kosmetika
Hələ qədim zamanlardan kosmetika qadınlar tərəfindən geniş istifadə edilirdi. Müasir dünyada makiyaj tərz yaratmaq üçün bir vasitədir. Xanımlar makiyaj edərkən dekorativ kosmetika adlanan vasitələrdən istifadə edirlər.
Dekorativ kosmetikaya aiddir: tonlaşdırıcı vasitələr - əsaslar, kremlər, muslar, serumlar, kirşanlar; korreksiya – konsilerlər, korrektorlar; ənlik - krem, preslənmiş, gel, maye; dodaqlar üçün dekorativ vasitələr - kontur qələmləri, dodaq boyası, parlaq, sıx, mat toxumalı dodaq parıldadıcısı; gözlər üçün vasitələr - maye və gel sürmələr, qələmlər , qaşlar və göz qapağı üçün göz kölgəsi, tuş.
Tonal kremlərin müxtəlif növləri olur: quru dəri üçün, yağlı dəri və qarışıq dərilər üçün. Tonal vasitələrin tərkibində silikon yağlar, piqmentlər, nəmləndirici maddələr və bəzən sızanaqdan qurtulmağa kömək edən salisilik turşusu vardır.
Digər bir kosmetik vasitə pudradır. Bu məhsul dərini matlaşdırır, qızartılığı gizlədir, ətraf mühitdən qoruyur. Pudranın bir neçə növü vardır: toz, kompakt, kremli-pudra, transparent pudra.
Ənlik makiyajı təbii edir və sahibinin sağlam görünüşünü təmin edir. Ənlik bir neçə növ olur: toz, kürəcik formalı, duru, kremli, gel, kompakt və bişmiş.
Bəzi xanımlar göz makiyajından gözlərini ön plana çıxartmaq üçün istifadə edirlər.Göz makyajı vasitəsilə gözlərinizi vizual olaraq böyüdə bilərsiniz.
Dodaqların dərisi çox həssas olduğundan tanınmış istehsalçıların kosmetik vasitələrindən istifadə etmək lazımdır.
Makiyaj etmək üçün vaxtınız yoxdursa, qaşları düzəltmək, dodaq boyası çəkmək kifayətdir.
Kosmetika.az saytında siz müxtəlif brendlərə məxsus olan kosmetika vasitələrini tapa bilərsiniz.