Gigiyena vasitələri

Sıralama  

Şəxsi gigiyena bədən, geyim və ev əşyalarının təmiz saxlamaqdır.
Əgər siz sexsi gigiyena qaydalarını pozsanız bu həm sizin, həm də bir qrup insanın sağlamlığına mənfi təsir edə bilər.
Şəxsi gigiyena əşyalarına sabun, dəsmal, diş fırçası, süngər, ülgüc, manikür alətləri, daraq, qablarda kremlər və skrablar, dezodarantlar və antiperspirantlar, balzam, dodaq parıldadıcısı və pomada aiddir.
Gigiyena
Gigiyena məhsullarını 3 qrupa bölmək olar: vücüd, üz və əllər üçün dəriyə qulluq vasitələri; ağız boşluğu və dişlər üçün vasitələr; saç baxımı üçün vasitələr.
Təmizlik üçün üz hər gün yuyulmalıdır. Üz dərisinin yuyulması üçün köpük, sabun, yağlar istifadə edilə bilər. Bədənə qulluq üçün şəxsi gigiyena məhsullarına bir sıra vasitələr aid edilə bilər - duş üçün gel, süd, sabun və s.
Ağız boşluğunun gigiyenası karies, qingivit, periodontit, pis nəfəs və digər diş xəstəliklərinin qarşısını almaq üçün nəzərdə tutulub.
Dişlərinizi gün ərzində ən azı iki dəfə fırçalayın, ağız boşluğunu yuyun. Mütəxəssislər hər 3-4 aydan bir diş fırçasının dəyişdirməyi məsləhət görür. Hər yeməkdən sonra ağız boşluğunuzu yumağı unutmayın.
Saç baxımı üçün gigiyena məhsulları saçınızın növünə görə seçilməlidir. Saçlar normal, quru, yağlı və ya qarışıq tipli ola bilər. Doğru şampun, balzam və s. seçsəniz saçlarınız parlaq, təmiz və sağlam olacaq.
Dırnaqlar həmişə təmiz olmalıdır. Həmçinin nəzarət edin ki, dırnaqların arası da təmiz olsun.
Gigiyenik vasitələrin hamısını kosmetika.az saytından tapa bilərsiniz.



Kosmetika Məlumatları