Tünd rəngli dodaq boyasından istifadə qaydaları

Tünd rəngli dodaq boyasından istifadə qaydalarıTünd rəngli dodaq boyasını nə zaman çəkmək olar?

Dostlarınla görüşməyə gedəndə
Yeni dodaq boyası aldıqda onu əvvəl dostlarınızla görüşməyə gedərkən çəkin və onlardan necə göründüyünüzü soruşun. Seçiminiz yanlış olsa belə yoldaşlarınızın yanında özünüzü pis hiss etməzsiniz.

Məktəbdə və ya işdə nəyinsə təqdimatını edəndə
Kim nə deyirsə-desin, tünd rəngli pomadaların insanın özünəinamını yüksəltdiyi bir gerçəkdir... Özünüzdə inam hissinə ehtiyac duyduğunuz hallarda, tünd rəngli pomada çəkməyinizi tövsiyə edirik.

Ailənizi ziyarətə gedəndə
Böyüyüb valideynlərinizdən ayrıldıqda köhnə evinizə edəcəyiniz hər ziyarət onlar üçün olduqca əhəmiyyətli və mənalı olacaq. Çünki nə olursa-olsun, onlar qızlarını hər zaman xoşbəxt görmək istəyəcəklər. Təsir edici, tünd rəngli bir dodaq boyasının köməyi ilə onlara daim daha xoş və baxımlı görünə bilərsiniz.

Toyunuzda
Qırmızı dodaq boyası çəkmiş gəlindən daha retro, daha klassik və daha qəşəng nəsə düşünə bilirsinizmi? Göz makiyajını çox qabartmadığınız təqdirdə qırmızı dodaq boyası sayəsində toy gününüzdə tam fərqli görünüşə sahib ola bilərsiniz.

Eynək taxanda
Eynək göz makiyajınızın ortaya çıxmasına mane ola bilər, buna görə də eynək taxdığınız zaman ən yaxşı variant dodaq boyası çəkməkdir.

Tünd rəngli dodaq boyasından istifadənin məsləhət görülmədiyi hallar:

Tünd tonlarda göz makiyajı edəndə
Dumanlı göz makiyajını çox sevirik. Ancaq tünd rəng pomada çəkəcəksinizsə, daha yüngül bir göz makiyajı etməlisiniz. Çünki makiyajınızın balanslı olması sizi daha cazibədar göstərəcək.

Sevdiyiniz şəxsin ailəsi ilə tanış olarkən
Sevdiyiniz şəxslə ilk görüş zamanı diqqətli olmaq lazımdır. Eynilə onun ailəsiylə tanış olacağınız zaman da tünd rəngli dodaq boyasından istifadə etməmək məsləhətdir. Xəbərdarlıq edirik: əgər onlarla yemək yeyəcəksinizsə, dodaq boyanız dişinizə və ya çənənizə bulaşa bilər. Belə riskə girmək istəmirsinizsə, daha təbii tonlardan istifadə etməlisiniz.

Yas mərasimi zamanı
İllərdir hər gün qırmızı pomada çəkərək çölə çıxsanız da, belə bir gündə hörmət əlaməti olaraq tünd rəngli dodaq boyası çəkməyin!

Tarix: 7 fevral 2019

Xəbərlər

Tonal krem seçərkən nələrə diqqət etməliyik?

Kosmetika əsas hissəsini təşkil edən tonal kremlər, hər nə qədər dərinin nəfəs almasını çətinləşdirsə də dəri rəngində bərabərlik təmin edən və qüsurları bağlayan yeganə məhsuldur. Tonal Krem alarkən diqqət etməyiniz lazı

Yağışlı havalarda necə makiyaj edilməlidir?

Yağışlı havalarda tonal krem çəkmək problemlərə səbəb ola bilir. Çünki su dəyəndə tonal krem axır və dərinin rəngi korlanır. Ona görə də belə havalarda suya davamlı tonal kremlərdən istifadə etmək lazımdır. Tonal krem çəkməy

Qalıcı makiyajın tətbiqi

Qalıcı makiyaj təbii mineral və piqmentlərdən ibarət olan boyanın steril, incə iynələr istifadəsilə dəriyə tətbiq olunması sənətidır. Tıbbi adı "İntradermal Mikropigmentasyondur". Bir növ döymə tətbiqidir, amm

Uğurlu göz makiyajının sirləri

Düzgün makiyaj ilə gözləriniz üzünüzdəki iki balaca sənət əsəri kimi görünə bilər. Elə bu yolda diqqət edilməli olan xüsuslar:. Göz kölgəsini sürməmişdən əvvəl göz qapağınızı mütləq hazırlayın – bir az açıq rəng örtücü v

Qara saçlara uyğun makiyaj

Saç rənginiz qaradırsa, onda makiyajda bir çox şeyləri nəzərə almalısınız. Öncə gözlərinizə baxın. Göz kölgələri təbii rəng tonlarında olmalıdır. Tünd göz kölgələri xüsusilə sizə yaraşacaq. Dodaqlarda da təbii rənglərə üstünlü

Qəhvəyi rəng dodaq boyasını istifadə etməyin 3 qaydası

1-90- cı illərin effektindən qaçmaq üçün dodaq qələmindən istifadə etməyin və ya çalışın dodaq qələmi heç bilinməsin. 2-Qəhvəyi dodaq boyası çox dolğun görünürsə, öz make up-na təbiiliyi geri qaytar. Salfeti dodaqlarına sı

Dəri rənginə görə bronzer seçimi necə olmalıdır?

Dərinizi olduğundan daha bürünc göstərmək və ya yüz xətlərlərinizi isitmək üçün də istifadə edilən bronzerlər hər nə qədər tək rənkmiş kimi görünsə də əslində tonal krem çeşidlərində olduğu kimi dəri rənginizə uyğun bronze

Dəri rəngimizə uyğun düzgün dodaq boyasını necə seçə bilərik?

Sarışın, qara-buğdayı ya qızılı. Saç rənginiz və dəriniz sizə uyğun dodaq boyası tonunu da təyin edər. Təbii ki qadınların ən çox sevdiyi və imtina edilməz "silah"ı belə dodaq boyasıdır! Araşdırmalara görə qadınları

Əsla makiyajlı yatmayın!

Tonlaşdırıcı krem. Tonlaşdırıcı krem dərini tamamilə örtdüyü üçün dəri məsamələrinin havasız qalmasına səbəb olur. Tonlaşdırıcı krem dəridə maksimum 6 saat qalmalıdı, əks halda havadakı bakteriyaları və tozu toplamağa, mikroorqanizmləri