Rəngli tuşlar və onların düzgün istifadəsi

Rəngli tuşlar və onların düzgün istifadəsiRəngli tuşlar yazın əsas trendlərindəndir. Amma əksəriyyətimiz qara rəngli tuşlara üstünlük veririk. Bir az cəsarətli davransaq qəhvəyi rəngli tuş da istifadə edə bilərik. Və bu iki rəngdən bir addım da xətti keçmərik. Bütün bunlara baxmayaraq risk edib azca parlaq tuşlardan istifadə etsəniz özünüzü Amerika qitəsini kəşf etmiş kimi hiss edərsiniz. Təbii ki, əgər siz özünüzə yaraşan tuşu seçib, düzgün istifadə etdiyiniz zaman yaxşı nəticə əldə etmiş olacaqsınız. Yox, əgər sizə hansı rəngli tuş yaraşar və ondan düzgün istifadə qaydasını bilmirsinizsə kefinizi pozmağa dəyməz. Bu yazı məhz sizin üçündür.

Yaşıl tuş
Yaşıl rəng tuşlar arasında ən mübahisəli rəng olsa da, qorxmaq lazım deyil. Bu mövsüm biz bu rəngli tuşlar ilə makiyaja daha çox Dior-un yaz-yay kolleksiyasının təqdimantında rast gəldik. Modellərin kirpikləri əsl yaz yaşıllığını xatırladırdı. Onların kipriklərindəki tuşlar parlaq yaşıl rəngdə olsa da, gündəlik üçün tünd yaşıla üstünlük verməlisiniz.

Necə istifadə edilməli
Yaşıl rəngli tuş qəhvəyi çalarlarla yaxşı gedir. Bu, ya qəhvəyi rəngli göz kölgəsi, ya qələm və yaxud da ki, eyeliner ola bilər. Diqqət etməlisiniz ki, mütləq tuşunuz tünd rəngli olsun.

Arzuolunan göz rəngi
Yenə də, qəhvəyi rəngli gözlər yaşıl tuşlar üçün ən idealıdır. Qəhvəyi rəngli gözlərinizə yaşıl rəngli tuşlarınızı çəkdikdə gözləriniz açıq qoz və ya fındıq rəngində olacaq. Eyni zamanda baxışlarınız daha parlaq və ifadəli təsir bağışlayacaq.

Lilac və Bənövşəyi tuş
Lilac və bənövşəyi rəngli tuşlar "payız" çalarları olan qızlara daha çox yaraşır: qızılı və ya şabalıdı saçlarla mükəmməl kontrast yaradır.

Necə istifadə edilməli
Bənövşəyi çalarda olan tuşu kipriklərinizə çəkmək üçün öncədən onları kiprik şəkilləndirici ilə düzəldin və daha sonra 2-3 qat tuşu çəkin.

Arzuolunan göz rəngi
Yaşıl və ya mavi rəngli gözlər bu tuşlar üçün idealdır. Lilac rəngində olan tuş yaşıl gözləri daha da vurğulayır, mavi gözlərə isə xüsusi çalar qatır. Eyni zamanda qəhvəyi rəngli gözləri olan xanımlar bənövşəyi rəngli tuş istifadə etsələr onların gözlərinin rəngi bir az maviyə çalacaq.

Mavi tuş
Mavi rəng neytral rəng olduğundan demək olar ki, bütün brendlərin kolleksiyalarında yer alır. Və buna görə də, onunla kipriklərinizə həcm vermək istəsəniz diqqətli olun ki, ucuz vasitə gözlərinizə zərər verə bilər.

Necə istifadə edilməli
Mavi və göy rəngli tuşlarla heç bir karandaş, eyeliner istifadə etmədən gündəlik lakonik, gözalıcı makiyaj edə bilərsiniz. Sadəcə göz qapaqlarınızı əsas və bej rəngli kölgə ilə vurğulayın, sonra isə mavi tuşunuzu kipriklərinizə çəkin. İkinci variant isə mavi rəngli tuşla gecə makiyajı etməkdir. Bunun üçün sizə mükəmməl "smoky eyes" və mavi tuş lazımdır. Gecə makiyajınızda mavi rəngli tuşdan və "smoky eyes"dan istifadə edəcəksinizsə sizə nəm təsiri bağışlayan (vamp) makiyaj daha uyğun olar.

Arzuolunan göz rəngi
Mavi rəng tuşla yenə də, qəhvəyi rəngli gözlər idealdır. Bu rəng gözlərin rəngini boz çalara yaxınlaşdıracaq

Tarix: 7 fevral 2019

Xəbərlər

Tonal krem seçərkən nələrə diqqət etməliyik?

Kosmetika əsas hissəsini təşkil edən tonal kremlər, hər nə qədər dərinin nəfəs almasını çətinləşdirsə də dəri rəngində bərabərlik təmin edən və qüsurları bağlayan yeganə məhsuldur. Tonal Krem alarkən diqqət etməyiniz lazı

Saxta kosmetikanı orijinaldan fərqləndirməyin 7 üsulu

1. İlk növbədə yadda saxlayın ki, brend kosmetika heç vaxt aşağı qiymətə satıla bilməz. Axı heç bir mağaza öz ziyanına işləməz. Saxta malın qiyməti isə çox ucuz olur. Odur ki, şübhəli satış nöqtələrindən kosmetika almayın

Tez qırılan saçlar üçün 3 maska

Avakoda maskası . 1 ədəd avokado ilə 2 yemək qaşığı zeytun yağını qarışdırın. Əldə etdiyiniz qarışımı saçlarınıza çəkib, yarım saat gözləyin. Bu maskanı həftədə 1 dəfə edin. Arqan yağı maskası. 2 yemək qaşığı zeytun yağı

Saçları gücləndirən; saç detoksu

Qeyri-sağlam qidalanma, ətraf çirkliliyi, hormonal nizamsızlıq və stresli həyat tərzi. Bütün bu faktorlar saçların nazikləşməsinə, gücsüzləşməsinə və hətta saç tökülməsinə səbəb olur. Saçlar davamlı yumaq, sağlamlıq üçü

Tez qırılan saçlara necə qulluq etməli?

Saçların istiliyə məruz qalması, kimyəvi boyalar uclarda qırılmaya səbəb olur. Saçlarınız tez-tez qırılır və salona getməli olursunuzsa, aşağıdakı tövsiyələri nəzərə alın. Tez zamanda müdaxilə etmək vacibdir. - Saçlarınızı

Makiyajın ilk addımı

Makiyajda ilk addım dərinin tipinə uyğun məhsulla dərinin təmizlənməsi, dəri tipinə uyğun nəmləndiricidən istifadədir. Amma bütün bunlar makiyaja başlamadan 15 dəqiqə etməlisiniz. Makiyaja başlayanda ilk olaraq dərinin rən

Metalik makiyaj necə olmalıdır?

Xüsusilə parlaq tenin üzünüzə yayılmaması üçün makiyajdan əvvəl nəmləndirici istifadə edin. - Sonra incə, parlaq tonal kremi bütün üzünüzə çəkin. Sabitləmək üçün pudra yerinə spreydən istifadə edin. Metalik makiyaj necə olmalıdır?

Əsmər qadınlar necə makiyaj etməlidir?

Dəri rənginizə uyğun makiyajla ideal gözəlliyi yaxalaya bilərsiniz. Xüsusilə, tonal krem seçimində diqqətli olmalıdılar. Əsmər qadınlar makiyaj edərkən nəyə diqqət etməlidir?. Əsmər qadınlar necə makiyaj etməlidir?. -Dərinizi

Göz laynerini asan çəkmə üsulları

Göz makiyajının ən vacib hissələrindən biri olan göz layneri, bəzən edilən ən kiçik səhv ilə bütün makiyajın bərbad olmasına səbəb ola bilir. Sizlər üçün son dövrün ən trend göz makiyajlarından olan quyruqlu layner çəkməyi