GÖZ üçün Kosmetika
Makyaj edərkən göz makyajına xüsusi önəm vermək lazımdır. Cəlbedici görünmək üçün göz makyajının düzgün edilməsi çox vacibdir. Göz makyajı etmək üçün vacib kosmetika vasitələrinə nəzərə alaq. Əgər biz istifadə etdiyimiz vasitələr haqqında lazımlı məlumatlara sahib deyiliksə, bu bizim üçün problemlər yarada bilər. İlk olaraq onu qeyd edək ki, makiyaj vasitəsi alarkən mütləq tərkibinə diqqət etmək lazımdır: Əsas göz makyajı vasitələri bunlardır: maskara, göz qələmi, göz teni, göz layneri və s.
Maskara. Daha canlı, dolğun və uzun kirpiklər hər xanımın xəyalıdır. Lakin təəssüflər olsun ki, bəzi xanımlarda kirpiklər seyrək və qısadır. Bu halla qarşılaşan xanımlar kimyəvi prosedurlara müraciət etsələr də, bu, sonradan daha böyük problemlərə,hətta kirpikləri birdəfəlik itirməyə belə gətirib çıxara bilər. Bunun daha az təhlükəli, həmçinin daha sərfəli bir yolu maskaradan istifadə etməkdir. Maskara seçərkən, hansı funksiyalarının olub-olmadığını araşdırın. Bəzi maskaralar sadəcə həcm verir, bəziləri isə həcm verməklə həm də bərabər uzadır. Buna görə də maskara alarkən də diqqətli olmanız tövsiyyə edilir.
Göz qələmi – Xanımların gözlərini nəzərəçarpan etməsi üçün istifadə etdikləri kosmetik vasitədir. Göz qələmlərini alarkən göz rənginə diqqət etmək lazımdır.
Göz laynerinin müxtəlif növləri var: Su əsaslı, su əsaslı olmayan.
Göz teni seçərkən gözünüzün rənginə yenə diqqət yetirməli olacaqsız. Bəzi tünd rəngli göz kölgələri ola bilər ki, sizə çox yaraşsın, bəziləri də ümumiyyətlə yaraşmaya bilər. Ona görə də seçim zamanı diqqətli olun.
Müxtəlif brendlərin göz makyajı vasitələrini kosmetika.az-dan tapa bilərsiniz.